“Apple” tarixinin ən bahalı “iPhone”u hazırlanır

“Apple” tarixinin ən bahalı “iPhone”u hazırlanır






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Apple, #Audi, #Dollar, #iPhone, #Smartfon

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İlk qatlana bilən “iPhone” smartfonlar arasında ən böyük tutumlu batareya ilə təchiz ediləcək.

presstvaz xəbər verir ki, bu barədə “MyDrivers” portalı tədarük zəncirindəki mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, qatlana bilən “iPhone” 5 500 mAs tutumlu batareya əldə edəcək ki, bu da indiyədək “Apple” smartfonları üçün rekord göstərici sayılır. Açıq vəziyyətdə qurğu tərəflər nisbəti təxminən 4:3 olan 7,8 düym diaqonallı daxili displeylə təchiz ediləcək. 120 Hz-dək adaptiv yenilənmə tezliyinə malik LTPO OLED panelini “Samsung” tədarük edəcək.

Xarici ekranın diaqonalı təxminən 5,3 düym olacaq və bir əllə istifadə üçün optimallaşdırılacaq.

Smartfonda “Face ID” funksiyası olmayacaq. İdentifikasiya üçün güc düyməsinə inteqrasiya olunmuş “Touch ID” barmaq izi skanerindən istifadə ediləcək. Əsas kamera sistemi hər biri 48 MP olan iki sensordan ibarət olacaq.

Qurğu həmçinin “Apple A20 Pro” prosessoru ilə təchiz ediləcək. Bu prosessorun “iPhone 18 Pro” modellərində də istifadə ediləcəyi bildirilir.

“JPMorgan Chase” analitiklərinin qiymətləndirməsinə görə, qatlana bilən “iPhone”un başlanğıc qiyməti təxminən 2 000 ABŞ dolları, maksimal konfiqurasiyanın qiyməti isə 2 500 dollardan yuxarı ola bilər. Bu isə onu “Apple” tarixində ən bahalı smartfon edəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv