Xankəndi sakini: “Şəhidlərimizin, qazilərimizin hesabına 37 ildən sonra vətənə qayıtdım”

Xankəndi sakini: “Şəhidlərimizin, qazilərimizin hesabına 37 ildən sonra vətənə qayıtdım”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #DİN, #Xankəndi şəhəri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Kəndinə qayıt” verilişinin yeni buraxılışında Xankəndi şəhərinə səfər edilib.

Uzun illərdən sonra doğma yurdlarına qayıdan sakinlərin Xankəndidə yenidən həyat qurması, yeni iş yerləri açması və Bakıdakı peşələrini bura köçürərək fəaliyyətlərini davam etdirməsi buraxılışın əsas mövzularından olub.

Veriliş çərçivəsində hazırda bərbər kimi çalışan Xankəndi sakini Kərəm dayı ilə həmsöhbət olunub. O, illər sonra Vətənə qayıdışının onun üçün nə qədər mənəvi əhəmiyyət daşıdığını bildirib:

“1982-ci ildən bərbər işləyirəm. O vaxt bu peşəyə elə burada başlamışam. Burada yeganə azərbaycanlı bərbər mən idim. Daha sonra 30 ildən çox Bakıda çalışdım, öz obyektim də var idi. Şəhidlərimizin, qazilərimizin hesabına 37 ildən sonra vətənə qayıtdım. Vətən həsrəti ilə hər şeyi atıb gəldim ki, qalan 5 günlük ömrümü doğma torpaqda yaşayım”.

Söhbət zamanı kövrələn Kərəm dayı onu ən çox təsirləndirən məqamın vəfat edən anasının yarımçıq qalan Vətən arzusu olduğunu deyib:

“Anam xəstə idi, 77 yaşı var idi. Vaxtilə burada müəllimə işləyirdi. Mənim sənədlərimin hazırlanması bir neçə ay çəkdi. Oktyabrın 21-də zəng edib dedilər ki, müqavilən hazırdır, gəl imzala. Həmin gün günorta anamın yanına getdim. Elə o gecə anam vəfat etdi. Fikrim anamı da götürüb bura gəlmək idi, amma qismət olmadı”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv