İtaliyada etiraz aksiyasında toqquşma: 30 nəfər xəsarət alıb

İtaliyada etiraz aksiyasında toqquşma: 30 nəfər xəsarət alıb






presstv

"Presstv"az #Audi, #İtaliya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtaliyanın Turin şəhərində bir qrup radikal tələbə və gənclərin keçirdiyi aksiyanın polislə toqquşmaya çevrilməsi nəticəsində azı 30 nəfər xəsarət alıb.

presstvaz ANSA agentliyinə istinadən xəbər verir ki, toqquşmalar nəticəsində bir polis əməkdaşı xəstəxanaya yerləşdirilib.

İtaliyanın Baş naziri Corcia Meloni polisə edilən hücumun görüntülərini “Facebook” səhifəsində paylaşaraq baş verənləri “qəbuledilməz addım” və “dövlətə hücum” adlandırıb.

Aksiyada təxminən 15 min nəfər iştirak edib. Aksiyaya səbəb yerli sosial mərkəzin hökumətin qərarı ilə bağlanması olub. Nümayişçilər zibil konteynerlərini yandırmağa, petardalar partlatmağa və polislərə daş atmağa başlayıblar. Bir polis maşını yanıb. Nümayişçilərə qarşı su şırnaqlarından istifadə edilib.

Əsas siyasi partiyaların nümayəndələri, o cümlədən müxalifət aksiyadakı zorakılıq hallarını pisləyiblər.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv