Məktəbdə şagirdə qarşı zorakılıq: Xanım direktor barəsində cinayət işi açıldı

Məktəbdə şagirdə qarşı zorakılıq: Xanım direktor barəsində cinayət işi açıldı






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Goranboy rayonu, #Hadisə, #Konstitusiya və Suverenlik İli, #Orta məktəb

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Goranboy rayonunda şagirdi döyən məktəb direktoru barəsində cinayət işi başlanılıb.

presstvaz Lent.az-a istinadən xəbər verir ki, hadisə Qızılhacılı kəndində yerləşən 1 nömrəli orta məktəbdə qeydə alınıb.

Məlumata görə, həmin məktəbin direktoru, 60 yaşlı Məlahət Abbasova (ad və soyad şərtidir) müəllimlər otağında 10-cu sinif şagirdini fiziki zorakılığa məruz qoyub. Hadisəyə səbəb şagirdin məktəbdən kənarda digər yeniyetmələrlə dava etməsi olub.

Bildirilir ki, direktor əvvəlcə şagirdi müəllimlər otağında, insanların çox olduğu bir vaxtda danlayıb. Daha sonra isə ətrafdakı şəxslərə məhəl qoymadan şagirdi nalayiq ifadələrlə təhqir edib, onun qol və boyun nahiyələrinə zərbələr endirib. Nəticədə məktəbli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Məlahət Abbasova barəsində cinayət işi açılıb.

Məhkəmə prosesində direktor “Konstitusiya və Suverenlik İli” çərçivəsində barəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.

Goranboy Rayon Məhkəməsinin qərarı ilə Məlahət Abbasova barəsində aparılan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv