BMT-dən Kiprlə bağlı qərar: Ankaradan sərt reaksiya

BMT-dən Kiprlə bağlı qərar: Ankaradan sərt reaksiya






presstv

"Presstv"az #Hakim, #Türkiyə, #Türkiyə Xarici İşlər Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Xarici İşlər Nazirliyi Kipr adasındakı Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Qüvvələrinin mandatının uzadılmasına reaksiya verib.

presstvaz Türkiyə mediasına istinadən xəbər verir ki, qurum bu barədə bəyanat yayıb.

“BMT Sülhməramlı Qüvvələrinin mandatı uzadıldıqda adadakı iki suveren və bərabərhüquqlu icmadan biri olan Kiprin türk tərəfinin razılığının alınmaması sözügedən təşkilatın müəyyən edilmiş təcrübə və prinsiplərinə ziddir. Vurğulayırıq ki, Sülhməramlı Qüvvələr Şimali Kipr hakimiyyətinin xoşməramlı yanaşması sayəsində Şimali Kipr ərazisində fəaliyyətlərini davam etdirə bilər. Bu fəaliyyətlərin davamı üçün hüquqi çərçivənin yaradılmasının vacibliyini vurğulayırıq. Əgər bu, tez bir zamanda baş verməsə, Şimali Kipr Türk Cümhuriyyəti hakimiyyəti tərəfindən atılan hər hansı bir addım ana vətən və qarant Türkiyə tərəfindən tam dəstəklənəcək. BMT Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti bu reallığı (adada iki dövlətli həll – red.) qəbul etməyə, Kipr türklərinin bərabər beynəlxalq statusa olan hüquqlarını tanımağa və adadakı iki qonşu dövlət arasında sıx əməkdaşlıqla formalaşan, regional sabitliyi, inkişafı və rifahı təşviq edəcək parlaq bir gələcəyə yol açmağa dəvət edirik”, – bəyanatda bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv