Zelenski: Putinlə görüşmədən ərazi məsələlərini həll etmək mümkün deyil

Zelenski: Putinlə görüşmədən ərazi məsələlərini həll etmək mümkün deyil






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Müharibə, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Ukrayna hökuməti müharibəyə son qoymaq üçün danışıqlar prosesinin bir hissəsi olaraq Rusiya və ABŞ nümayəndələri ilə istənilən formatda görüşməyə açıqdır".

presstvaz xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski deyib.

"Biz Rusiya və ABŞ ilə istənilən formatda görüşə açığıq. Biz həmçinin Avropanın da iştirak etməsini istərdik. Çünki təhlükəsizlik zəmanətlərimizin bir hissəsi Avropa İttifaqına üzvlük, eləcə də "İstəklilər koalisiyası"dır", – dövlət başçısı bildirib.

Zelenski qeyd edib ki, AB nümayəndələri bu danışıqların müəyyən mərhələsində qoşula bilərlər, lakin əvvəlcə sözügedən üç ölkənin nümayəndələri görüşməlidir.

"Rusiya Federasiyası və bilavasitə Rusiya lideri ilə bu və ya digər formatda əlaqə saxlamaq imkanımız olmalıdır. Belə bir format olmadan komandalarımız üçüncü dərəcəli məsələlər üzrə razılığa gələ bilməyəcək", – Zelenski əlavə edib. (APA)

presstvaz
 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv