İranın bir neçə şəhərində partlayışlar oldu

İranın bir neçə şəhərində partlayışlar oldu






presstv

"Presstv"az #Audi, #Hadisə, #İran, #İraq, #qaz sızması

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün İranın Bəndər Abbas limanında və ölkə paytaxtının cənub-qərbində yerləşən Pərənd şəhərində partlayışlar baş verib.

presstvaz xəbər verir ki, məlumatı “Azad İran” “Telegram” yerli media yayıb.

Yerli vaxtla saat 13:45-də Bəndər Abbas şəhərinin Müəllim bulvarında yerləşən binada güclü partlayış baş verib. Yerli medianın verdiyi məlumata görə, hadisəyə yaşayış binalarından birində qaz sızmasının səbəb olduğu ehtimal edilir. İtkilər barədə məlumat yoxdur. Hədəfin guya İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Məcid Musəvi olduğu bildirilib, lakin İran mediası bunu təkzib edib.

Başqa bir partlayışın Parand şəhərində baş verdiyi bildirilir.

İran mediasında eyni zamanda bir sıra başqa şəhərlərdə də partlayışların qeydə alındığı barədə məlumat verilir. “Euronews” İraq sərhədi yaxınlığında yerləşən Əhvaz şəhərindəki partlayışda ən azı, dörd nəfərin həlak olduğunu yazıb. Hadisənin səbəbləri barədə məlumat verilmir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv