Beşbarmaqda qədim karvansara aşkarlanıb

Beşbarmaqda qədim karvansara aşkarlanıb






presstv

"Presstv"az #arxeoloji ekspedisiya, #Audi, #Azərbaycan, #İlham Əliyev, #Sərəncam

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beşbarmaqda qədim karvansara aşkarlanıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin “Mədəni İrsin Qorunması və İnkişafı” şöbəsinin müdiri Elşən Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu kəşf ölkə üçün elmi baxımdan əhəmiyyətlidir və gələcək tədqiqatlara zəmin yaradır:

“Ərazidə 2026-cı ildə də qazıntıların davam edəcəyi gözlənilir”.

“Beşbarmaq arxeoloji ekspedisiyası”nın rəhbəri, AMEA Arxeologiya və Antropologiya İnstitutunun “İlk Tunc dövrü arxeologiyası” şöbəsinin müdiri Səfər Aşurov isə bildirib ki, Beşbarmaq qalasının ikinci terrasındakı qazıntılar bu sahədə də İlk tunc dövrü – Kür-Araz mədəniyyətinə aid mədəni təbəqənin mövcudluğunu təsdiq edib.

S.Aşurov uzun axtarışlardan sonra nəhayət orta əsr səyyahlarının haqqında məlumat verdikləri karvansaranın yerinin müəyyən edilməsini böyük uğur adlandırıb:

“İlkin qazıntılarla karvansaranın strukturu müəyyən edilib, çoxsaylı maddi mədəniyyət qalıqları tapılıb. Tikilinin plan quruluşunun XVII əsr səyyahı Adam Olearinin təsviri ilə üst-üstə düşməsi, həmçinin numizmatik materiallar, qəlyan ucluqları və məhək daşının əldə edilməsi buranın məhz karvansara olduğunu bir daha təsdiq edir”.

Qeyd edək ki, XX əsrin 20-ci illərində sovet alimi Yevgeni Aleksandroviç Paxomov son dəfə bu karvansaranın qalıqları barədə məlumat verib. Sonrakı tədqiqatlar zamanı isə onun yerini tapa bilməyiblər.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyun 2020-ci il tarixli Sərəncamı ilə “Beşbarmaq dağı” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu yaradılıb. Qoruğun ərazisi Siyəzən rayonunun Qalaşıxı kəndində yerləşən Beşbarmaq dağı təbiət abidəsinin ərazisini əhatə edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv