Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi

Vəkillər Kollegiyası üzvlərinin növbəti konfransı keçirildi






presstv

"Presstv"az #Anar Bağırov, #Audi, #Azərbaycan, #İlham Əliyev, #Vəkillər Kollegiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün “Baku Marriott Hotel Boulevard” mehmanxanasında Azərbaycan Vəkillər Kollegiyası (VK) üzvlərinin növbəti konfransı keçirilib.

presstvaz-ın məlumatına görə, konfransda çıxış edən VK-nın sədri Anar Bağırov kollegiyanın son illərdəki fəaliyyətindən danışıb, ölkədə vəkillik institutunun tarixi inkişaf yolunu təhlil edib. Sədr qeyd edib ki, ötən dövrlər ərzində vəkillik institutunun gücləndirilməsi, hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi və vətəndaşlar üçün əlçatanlığın təmin olunması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilib. Görülən tədbirlər nəticəsində vəkillərin sayında əhəmiyyətli artım baş verib, onların peşəkar hazırlıq səviyyəsi yüksəldilib, davamlı tədris və ixtisasartırma mexanizmləri formalaşdırılıb və müasir tələblərə uyğun olaraq təkmilləşdirilib. Eyni zamanda, vəkillərin fəaliyyətinin şəffaflığının artırılması, peşə etikası qaydalarına əməl olunmasının gücləndirilməsi və institusional idarəetmənin modernləşdirilməsisahəsində mühüm addımlar atıldığı vurğulanıb.

Kollegiya sədri çıxışında Prezident İlham Əliyevin 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərə də toxunub. Bildirib ki, bu yeniliklər vəkillik institutunun institusional baxımdan daha da möhkəmləndirilməsinə, peşə fəaliyyətinin daha səmərəli, çevik və müasir tələblərə uyğun şəkildə təşkilinə xidmət göstərir.

Daha sonra konfransda kollegiyanın 2025-ci il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat filmi nümayiş olunub.

Gündəliyə uyğun olaraq konfrans çərçivəsində Hesablama Komissiyasının tərkibi müəyyən edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv