Prezident sərəncamı: 10 gəncə 10 min manat verildi

Prezident sərəncamı: 10 gəncə 10 min manat verildi






presstv

"Presstv"az #Azərbaycan, #Gənclər günü, #İdman, #İlham Əliyev, #İqtisadiyyat Nazirliyi, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Sərəncam, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AXAR Prezident İlham Əliyev dünın 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

presstvaz Modern.az-a istinadla xəbər verir ki, Gənclər üçün Prezident Mükafatı 2013-cü il iyulun 2-də təsis olunub.

Elm, mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət, təhsil, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən gənclər üçün ildə bir dəfə verilən Prezident Mükafatının sayı 10 ədəddir.

Elm və təhsil sahələri üzrə – 2 mükafat

Mədəniyyət sahəsi üzrə – 2 mükafat

İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat

Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat

İnnovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat.

Hər bir Prezident Mükafatı 10000 (on min) manat məbləğindədir.

Gənclər üçün Prezident Mükafatının diplomu, nişanı və həmin nişanın vəsiqəsi də var.

Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa da verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.

Mükafat ildə bir dəfə, 2 fevral Gənclər Günü ərəfəsində verilir.

Nəzərdə tutulan sahələr üzrə Mükafata namizədləri aşağıdakı qurumlar irəli sürürlər:

– elm və təhsil sahələri üzrə – Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyi;

– mədəniyyət, o cümlədən ədəbiyyat və incəsənət sahələri üzrə – Mədəniyyət Nazirliyi;

– ictimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər Fondu;

– gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və qeyri-hökumət təşkilatları;

– innovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İqtisadiyyat Nazirliyi, Gənclər Fondu.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv