Avstriya Azərbaycandan neft idxalını kəskin artırdı

Avstriya Azərbaycandan neft idxalını kəskin artırdı






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Avstriya, #Azərbaycan, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ildə Azərbaycandan Avstriyaya 88 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 177,5 min ton xam neft və neft məhsulları ixrac olunub.

presstvaz Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu, dəyər ifadəsində 40,1 milyon ABŞ dolları və ya 1,8 dəfə, həcm baxımından isə 91,6 min ton ton və ya 2 dəfə çoxdur.

2024-cü ildə Azərbaycandan Avstriyaya 47,9 milyon ABŞ dolları dəyərində 85,9 min ton neft və neft məhsulları ixrac olunub.

2025-ci ildə Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları üzrə 23,4 milyon ton həcmində məhsul ixrac olunub. İxracın ümumi dəyəri 12,1 milyard ABŞ dolları təşkil edib.

Bildirilir ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində göstərici 2,4 milyard ABŞ dolları və ya 16,2% azalıb, lakin fiziki həcm baxımından 215 min ton və ya 0,9% artım qeydə alınıb.

Sözügedən məhsulların ixracı 2025-ci ildə ölkənin ümumi ixrac həcminin 48,28%-ni təşkil edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv