Yeni yayılan ölümcül virusla bağlı daha bir təhlükə: Simptomsuz da ola bilir

Yeni yayılan ölümcül virusla bağlı daha bir təhlükə: Simptomsuz da ola bilir






presstv

"Presstv"az #Audi, #Epidemiya, #Hindistan, #İndoneziya, #qızdırma, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hindistanda yeni yayılan ölümcül Nipah virusu simptomsuz da ola bilər”.

presstvaz xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmisi Tarik Jazareviç Rusiya mətbuatına verdiyi müsahibədə bildirib.

“İnsanlarda Nipah virusu asimptomatik infeksiyadan (subklinik) kəskin respirator infeksiyaya və ölümcül ensefalitə qədər geniş klinik təzahürlərə səbəb olur”, – deyə ÜST nümayəndəsi bildirib.

Jazareviç əlavə edib ki, virus heyvanlardan insanlara ötürülə bilər. Nipahın çirklənmiş qida və ya birbaşa insanlarla təmas yolu ilə, o cümlədən səhiyyə müəssisələrində yayılması mümkündür.

Qeyd edək ki, daha əvvəl Hindistanda beş Nipah virusuna yoluxma halının qeydə alındığı bildirilmişdi.

Qərb mediasının yoluxma hallarının artması ilə bağlı xəbərlərinə baxmayaraq, Hindistan hökuməti heç bir yeni halı təsdiqləməyib. Yoluxma halları ilə bağlı xəbərlər fonunda Vyetnam, Sinqapur və İndoneziya da daxil olmaqla Asiya ölkələri sanitar nəzarət tədbirlərini gücləndiriblər. ÜST Nipahı dünyada ən təhlükəli viruslardan biri hesab edir. Xəstəliyin heç bir peyvəndi və ya spesifik müalicəsi yoxdur. Simptomlara qızdırma və ağır beyin zədələnməsi (ensefalopatiya) daxildir və ölüm nisbəti 75%-ə çata bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv