Rusiya Avropa İttifaqının “qara siyahı”sına salındı

Rusiya Avropa İttifaqının “qara siyahı”sına salındı






presstv

"Presstv"az #Audi, #Avropa, #Avropa Komissiyası, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın çirkli pulların yuyulması ilə bağlı Avropa İttifaqının (Aİ) “qara siyahı”sına salınması barədə qərar cümə axşamından qüvvəyə minib.

presstvaz xəbər verir ki, bu barədə Aİ Şurasının mətbuat xidməti məlumat yayıb.

“Rusiyanın çirkli pulların yuyulması üzrə “qara siyahı”ya salınması barədə qərar yanvarın 29-da Aİ dövlətlərindən hər hansı etiraz gəlmədiyi üçün qüvvəyə minib”, – deyə mətbuat xidmətindən bildirilib.

Bu qərar 2025-ci ilin dekabrında Avropa Komissiyası tərəfindən qəbul edilib və onun qüvvəyə minməsi Aİ Şurasında “sükut proseduru” vasitəsilə baş tutub.

Bu “qara siyahı” Avropa bankları üçün siyahıya daxil edilmiş ölkələrlə bağlı istənilən tranzaksiyalara nəzarət üzrə əlavə öhdəliklər tətbiq edir. Bu həmçinin Aİ-yə imkan verir ki, xarici dövlətlərə “qara siyahı”dakı ölkələrlə maliyyə əməliyyatlarına nəzarəti sərtləşdirmək üçün təzyiq göstərsin.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv