Azərbaycan qlobal “qızıl nəhəngləri” sırasında: Ölkənin strategiyası ən effektiv səviyyədə qiymətləndirildi

Azərbaycan qlobal “qızıl nəhəngləri” sırasında: Ölkənin strategiyası ən effektiv səviyyədə qiymətləndirildi






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Azərbaycan, #Bahalaşma, #Çin, #Dollar, #London, #Norveç, #Paris, #Yeni Zelandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Britaniyanın “Financial Times” nəşri ölkənin ixrac statistikası ilə bağlı məlumatları araşdıraraq, Azərbaycanın Çindən sonra ən böyük qızıl alıcılarından biri olduğuna diqqət çəkib.

Nəşrin fikrincə, qlobal “qızıl nəhəngləri”nin qeyri-rəsmi reytinqində ikinci yeri daha az nəzərəçarpan iştirakçı – Azərbaycan tutub.

Azərbaycan qlobal qızıl nəhəngləri sırasında: Ölkənin strategiyası ən effektiv səviyyədə qiymətləndirildi

Nəşr bildirir ki, aktivləri təxminən 70 milyard ABŞ dolları məbləğində qiymətləndirilən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) son illərdə qızıla investisiya qoyuluşunu fəal şəkildə artıraraq genişmiqyaslı diversifikasiya həyata keçirir. Eyni zamanda, fond xaricdə daşınmaz əmlak obyektlərinə, xüsusilə Londonda “78 St James’s Street”, Parisdə “8 Place Vendôme” və Moskvada “Gallery Actor” kimi aktivlərə investisiya qoymağa davam edir.

“Financial Times” əsas diqqəti məhz qızıla yönəldir. ARDNF-nin aktivlərinin strukturunda bu qiymətli metalın payı 2024-cü ilin sonuna olan 20.6%-dən 2025-ci ilin sonuna 38.2%-ə qədər artıb. Bu artım təkcə dünya bazarlarında qızılın kəskin bahalaşması ilə izah edilmir. 2024-cü ilin sonunda fond 146.6 ton qızıl ehtiyatına malik idisə, 2025-ci ilin sonuna bu göstərici 200 tona çatıb.

Azərbaycan qlobal qızıl nəhəngləri sırasında: Ölkənin strategiyası ən effektiv səviyyədə qiymətləndirildi

“ARDNF uzun illər ərzində aktivlər və idarəedici şirkətlər haqqında məlumatların açıqlanması baxımından dünyanın ən şəffaf suveren fondlarından biri hesab edilib”, – məqalədə qeyd olunur.

Məqalə müəllifinin sözlərinə görə, “Financial Times”ın yenidən apardığı hesablamalara əsaslanan göstəricilər hətta Norveç Pensiya Fondunun və ya Yeni Zelandiya Suveren Rifah Fondunun (New Zealand Super Fund) nəticələrini belə üstələyə bilər.

FT-nin qiymətləndirmələrinə görə, qızıl nəzərə alınmaqla Dövlət Neft Fondunun investisiya portfelinin ümumi gəlirliliyi 2020-ci ildə 5.3% idisə, 2025-ci ildə bu göstərici 20%-i ötüb.

Azərbaycan qlobal qızıl nəhəngləri sırasında: Ölkənin strategiyası ən effektiv səviyyədə qiymətləndirildi

Beləliklə, “Financial Times”ın fikrincə, Azərbaycanın qızıl ehtiyatlarının aktiv şəkildə artırılması strategiyası rəsmi hesabatlarda tam əks olunmasa da, son illərdə suveren investorlar arasında ən effektiv strategiyalardan biri olub.

ARDNF-nin məlumatına görə, qızıl nəzərə alınmadan investisiya portfelinin gəlirliliyi 2020-ci ildə 2.82%, 2025-ci ildə isə 6.2% təşkil edib.

“Report” İnformasiya Agentliyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv