Yolda sürət yarışı təşkil edən sürücülər saxlanılıb

Yolda sürət yarışı təşkil edən sürücülər saxlanılıb






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Azərbaycan, #Bakı, #Şamaxı, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
BDYPİ-dən sürücülərə ciddi xəbərdarlıq
         Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən,
yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasına dair sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən dərhal araşdırma aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, 23 yanvar 2026-cı il tarixində Bakı–Şamaxı avtomobil yolunun 14-cü kilometrliyində X.Hümbətovun idarə etdiyi “Chevrolet Cobalt” markalı, 90-YD-792 dövlət qeydiyyat nişanlı avtomobil ilə R.Qədimovun idarə etdiyi eyni markalı, 90-YH-208 dövlət qeydiyyat nişanlı avtomobil arasında sürət yarışı təşkil olunub. Həmin hərəkətlər zamanı yol hərəkəti iştirakçıları üçün real təhlükə yaradılıb.

         Faktla bağlı Yol-Patrul Xidməti əməkdaşları tərəfindən hər iki sürücü saxlanılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki, yollarda sürət yarışı və məsuliyyətsiz davranışlar ağır və geri dönməz nəticələrə səbəb ola bilər. Yol hərəkəti qaydalarına əməl edilməsi hər bir sürücünün birbaşa məsuliyyətidir.

         BDYPİ bildirir ki, yollarda sürət yarışı təşkil edən, ictimai təhlükəsizliyi bilərəkdən təhdid edən bu kimi hallara qarşı bundan sonra da qətiyyətlə ən sərt hüquqi tədbirlərin tətbiqi davam etdiriləcək.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv