NATO-da “beynin sındırılması” mexanizmləri araşdırılıb

NATO-da “beynin sındırılması” mexanizmləri araşdırılıb






presstv

"Presstv"az #Araşdırma, #Hadisə, #pandemiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İnsan beynində xarici informasiyadan qoruyan daxili mexanizmlər yoxdur ki, bu da onu emosiyalar və qeyri-müəyyənlikdən istifadə yolu ilə kognitiv “sındırma”ya qarşı həssas edir.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə NATO Müdafiə Kollecinin araşdırmasında deyilir.

“İnsan beyni və ümumilikdə kognitiv proseslər çoxsaylı kognitiv zəifliklərə görə ‘sındırma’ya son dərəcə açıqdır”, – deyə tədqiqatın müəllifləri Marek Qavlik və İrji Qoraçek bildiriblər.

Hesabatda vurğulanır ki, şüurun “xarici stimulları bloklamaq üçün iradə ilə aktivləşdirilən filtrləri yoxdur”. Manipulyasiyanın əsas alətləri kimi emosional tetikleyicilər – qorxu, qəzəb və ümid, eləcə də beynin baş verənlərə izah tapmaq ehtiyacı göstərilir.

Xüsusi diqqət “qlobal böhranların silahlaşdırılması”na yönəldilib. Ekspertlərin fikrincə, dezinformasiya ən çox gözlənilməz hadisələr zamanı – pandemiyalar, terror aktları kimi vəziyyətlərdə – təsirli olur, çünki bu zaman adi sabitlik pozulur və qeyri-müəyyənlik səviyyəsi artır. Sənəddə həmçinin insanları ideal hədəfə çevirən spesifik şəxsiyyət xüsusiyyətləri də qeyd olunur: kognitiv rigidlik (çevik olmamaq – red.), unikallıq ehtiyacı və şəxsi əhəmiyyət axtarışı.

Müəlliflər NATO-ya yeni müdafiə strategiyaları hazırlanarkən bu amilləri nəzərə almağı tövsiyə edərək, “insan psixikasının hər bir ayrı-ayrı zəifliyini qorumağın mümkün olmadığını” etiraf etməyi təklif edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv