Baş həkim: “Təhlükəsizlik kəməri taxmadıqda qəza zamanı avtomobildən kənara atılma riski 20-30 dəfə çox olur”

Baş həkim: “Təhlükəsizlik kəməri taxmadıqda qəza zamanı avtomobildən kənara atılma riski 20-30 dəfə çox olur”






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Avto, #Hadisə, #Həkim, #Səhiyyə Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Avtomobildə təhlükəsizlik kəmərinin taxılmaması bədbəxt hadisə riski bir neçə dəfə artırır və bu, bizim gündəlik təcrübəmizdə ən ağır travmaların əsas səbəblərindən biridir. Tibbi və yol hərəkəti təhlükəsizliyi araşdırmalarına əsasən, təhlükəsizlik kəməri taxılmadıqda travma riski təxminən 2-3 dəfə artır”.

presstvaz xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı qurumun Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktorunun müavini – baş həkim Nizami Məmmədov açıqlayıb.

Baş həkim: Təhlükəsizlik kəməri taxmadıqda qəza zamanı avtomobildən kənara atılma riski 20-30 dəfə çox olur

Onun sözlərinə görə, ağır baş-beyin travması, daxili qanaxma və çoxsaylı sınıqların yaranma ehtimalı dəfələrlə yüksəlir:

“Qəza zamanı avtomobildən kənara atılma riski isə 20-30 dəfə daha çox olur. Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda da biz çox vaxt eyni mənzərə ilə rastlaşırıq. Qəza ağır olmayıb, sürət yüksək olmayıb, lakin kəmər taxılmadığı üçün şəxs ciddi xəsarətlərlə xəstəxanaya gətirilib. Halbuki həmin anda təhlükəsizlik kəməri taxılmış olsaydı, bu xəsarətlərin böyük hissəsinin qarşısını almaq mümkün idi. Təcrübədə müraciət edənlərin əhəmiyyətli hissəsində qoruyucu geyimlər (dəbilqə, dizlik, dirsəklik, qoruyucu gödəkcə) olmur və ya natamam olur. Qoruyucu vasitələrdən istifadə edənlərdə travmalar adətən yüngül toxuma zədələri, səthi sınıqlar və daha az baş-beyin travması ilə məhdudlaşır, əməliyyat və reanimasiya ehtiyacı xeyli azalır. Əksinə, qoruyucu geyimdən istifadə etməyənlərdə baş-beyin travmaları, açıq sınıqlar, ağır ətraf və onurğa zədələri daha tez-tez qeydə alınır, sağalma müddəti uzanır və ağırlaşma riski yüksəlir. Xüsusilə dəbilqə baş və üz zədələrinin qarşısını almaqda həlledici rol oynayır”.

Çıxışının sonunda izləyicilərə müraciət edən Nizami Məmmədov bildirib ki, təhlükəsizlik kəməri onları narahat etmək üçün deyil, əksinə qorumaq üçün var:

“Qısa məsafə, şəhər içi yol, arxa oturacaq – bunların heç biri riskin olmadığı anlamına gəlmir. Qəza bir anın içində baş verir, nəticələri isə ömür boyu qala bilər. Öz həyatınız, ailəniz və avtomobildə olan hər kəs üçün təhlükəsizlik kəmərini mütləq taxın. Bu, bir vərdiş deyil – həyat məsələsidir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv