Biləcəridə uşaq bağçasında nöqsanlar AŞKARLANDI: Müdiri ilə bağlı tədbirlər GÖRÜLƏCƏK

Biləcəridə uşaq bağçasında nöqsanlar AŞKARLANDI: Müdiri ilə bağlı tədbirlər GÖRÜLƏCƏK






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Bakı, #Bakı Şəhəri üzrə Təhsil İdarəsi, #Binəqədi rayonu, #Körpə, #Sağlamlıq, #Təhsil, #Uşaq bağçası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən 298 saylı körpələr evi-uşaq bağçasında bir sıra ciddi problemlərin olduğu iddia olunub.

presstvaz xəbər verir ki, bununla bağlı valideynlər sosial şəbəkədə paylaşım ediblər.

Onların sözlərinə görə, bağçada istilik sistemi uzun müddətdir ki, normal fəaliyyət göstərmir. Bu isə xüsusilə soyuq havalarda azyaşlı uşaqların sağlamlığı üçün risk yaradır.

“Yeməklərin keyfiyyətinə də baxan yoxdur. Yeməklər təkcə uşaqlar üçün deyil, hətta böyüklər üçün də faydasız, hətta sağlamlıq baxımından ziyanlı ola biləcək vəziyyətdədir”, – deyə valideynlərdən biri iddia edib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) presstvaz-ın sorğusuna cavab olaraq bildirilib ki, 298 nömrəli körpələr evi-uşaq-bağçasında monitorinq aparılıb.

“Monitorinq zamanı müəssisədə bir sıra nöqsanlar aşkar edilib. Araşdırmanın nəticələrinə uyğun olaraq, bağça müdirinin fəaliyyəti ilə bağlı qanunauyğun tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Məktəbəqədər təhsil müəssisələrində uşaqların inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi, təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün sistemli islahatlar aparılmaqdadır”, – deyə məlumatda vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv