Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlandı

Yaddaşı və diqqəti yaxşılaşdıran məhsullar açıqlandı






presstv

"Presstv"az #Audi, #Rusiya, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Omeqa-3 ilə zəngin qidalar beyin fəaliyyətini dəstəkləyir, yaddaşı və diqqəti yaxşılaşdırır”.

presstvaz xəbər verir ki, bu barədə Rusiya mətbuatına diyetoloq Qalina Volkova açıqlama verib.

Onun sözlərinə görə, heç bir qida insanı birbaşa daha ağıllı etmir. Lakin koqnitiv funksiyaları dəstəkləyən müəyyən qida qrupları mövcuddur. Xüsusilə qızılbalıq, skumbriya və siyənək kimi yağlı balıqlar omeqa-3 yağ turşularının əsas mənbəyidir. Omeqa-3 neyron membranlarının struktur komponenti olmaqla yaddaşı və diqqəti yaxşılaşdırır, koqnitiv pozğunluqların riskini azaldır.

Rusiyalı mütəxəssis qida rasionuna qoz-fındığın da daxil edilməsini tövsiyə edib. Onun sözlərinə görə, bu məhsullar sağlam yağlar, E vitamini və antioksidantlarla zəngindir. Bundan əlavə, yumurtanın tərkibində olan və əsas beyin qidası hesab edilən xolin yaddaş və öyrənmə proseslərinə cavabdeh olan neyrotransmitter – asetilkolinin sintezi üçün mühüm əhəmiyyət daşıyır.

Diyetoloq giləmeyvələrin də faydalarına diqqət çəkib. Bildirib ki, qaragilə və zoğal beyin mikrosirkulyasiyasını yaxşılaşdıran və oksidləşdirici stresi azaldan flavonoidlər ehtiva edir. Tam taxıllar qanda qlükozanın stabil səviyyədə saxlanmasına kömək edir. Rukkola, ispanaq və brokoli kimi yaşıl yarpaqlı tərəvəzlər isə zehni çevikliyə və yaddaşa müsbət təsir göstərən folat və K vitamini ilə zəngindir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv