Gəncədən Bakıya uzanan dələduzluq: “Falçı Telli”nin fırıldağı üzə çıxdı

Gəncədən Bakıya uzanan dələduzluq: “Falçı Telli”nin fırıldağı üzə çıxdı






presstv

"Presstv"az #Ailə, #Audi, #Bakı, #Cinayət işi, #Gəncə şəhəri, #Hadisə, #Konstitusiya və Suverenlik İli

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gəncədə falçılıqla məşğul olan qadın Bakıda gənc qızı aldadıb.

presstvaz-ın məlumatına görə, “Instagram” sosial şəbəkəsində özünü “falçı Telli” kimi təqdim edən şəxs Bakıdan olan gənc qızla tanış olub. O, gənc qızla ünsiyyət quraraq ona psixoloji təsir göstərib, guya qızın və ailəsinin “şər qüvvələr”in təsiri altında olduğunu bildirib.

Falçı qadın gənc qızı aldadaraq inandırıb ki, sevdiyi oğlan ondan ayrılacaq. Bu “ayrılığın” qarşısını almaq üçün isə qızdan 8 min 500 manat dəyərində qızıl pirsinqlər tələb edib və həmin pirsinqlərin Gəncə şəhərinə göndərilməsini istəyib. Çarəsiz qalan gənc qız tələb olunan məbləğdə qızıl pirsinqlər alaraq Gəncə şəhərinə – falçı Tellinin göstərdiyi ünvana göndərib.

Bir müddət sonra falçı qadın yenidən gənc qızla əlaqə saxlayaraq, guya atasının başqa bir qadınla sevgi münasibəti yaşadığını və yaxın vaxtlarda valideynlərinin boşanacağını bildirib. O, bu hadisənin qarşısını almaq üçün isə gənc qızdan 16 min 500 manat pul tələb edib. Gənc xanım falçıya inanaraq həmin məbləği də ona göndərib.

Hadisə bir müddət sonra üzə çıxıb və gənc qızın valideynləri polisə müraciət ediblər.

Faktla bağlı cinayət işi başlanılıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində falçı qadın saxlanılaraq istintaqa cəlb edilib.

Cinayət işinin istintaqı yekunlaşıb və materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs zərərçəkmişə dəymiş maddi ziyanı ödəyib.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxsə “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və onun barəsində olan cinayət işinə xitam verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv