Yüksək intizam, vətənpərvərlik ruhu və müasir idarəetmə bacarıqları – DSX Akademiyasından VİDEOREPORTAJ

Yüksək intizam, vətənpərvərlik ruhu və müasir idarəetmə bacarıqları – DSX Akademiyasından VİDEOREPORTAJ


????????????????????????????????????



presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İlham Əliyev, #informasiya texnologiyaları, #Sərəncam, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın sərhəd təhlükəsizliyinin peşəkar kadr bazası Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında formalaşır. Burada gələcək zabitlər təkcə hərbi biliklər deyil, həm də yüksək intizam, vətənpərvərlik ruhu və müasir idarəetmə bacarıqları qazanırlar. Akademiya sərhədlərimizin etibarlı qorunması üçün zəruri olan kadr potensialının hazırlanmasında mühüm rol oynayır.

presstvaz bildirir ki,  Oxu.az  DSX Akademiyasından xüsusi videoreportaj hazırlayıb.

Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılan DSX Akademiyasında tədris prosesi müasir standartlara uyğun qurulub. Kursantlar taktiki hazırlıq, atıcılıq, fiziki hazırlıq, hüquqi biliklər, informasiya texnologiyaları və liderlik üzrə sistemli təlimlər keçirlər. Simulyasiya otaqları, poliqonlar və xüsusi tədris mərkəzləri nəzəri biliklərin praktik bacarıqlarla möhkəmləndirilməsinə imkan yaradır. Burada əsas məqsəd – hər vəziyyətdə düzgün qərar verə bilən, çevik və məsuliyyətli zabit və hərbçi yetişdirməkdir.

2010-cu ildən fəaliyyət göstərən akademiya yalnız təhsil ocağı deyil, eyni zamanda vətənə xidmət məktəbidir. Kursantlar burada dövlətçiliyə sədaqət, komanda ruhu və məsuliyyət anlayışlarını mənimsəyirlər. Məhz bu divarlar arasında formalaşan gənc zabitlər gələcəkdə Azərbaycanın sərhədlərinin keşiyində ayıq-sayıq dayanaraq ölkənin təhlükəsizliyinə töhfə verirlər.

Daha çox foto burada: PhotoStock.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv