Avropadan Rusiyaya növbəti ZƏRBƏ – Yeni sanksiyalar Moskvaya necə təsir edəcək?

Avropadan Rusiyaya növbəti ZƏRBƏ – Yeni sanksiyalar Moskvaya necə təsir edəcək?






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Avropa İttifaqı (Aİ), #Macarıstan, #Müharibə, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Slovakiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqı (Aİ) Rusiya qazının idxalının mərhələli şəkildə tam qadağan olunmasına dair sənədi təsdiqləyib. Mayeləşdirilmiş qazın tədarükü 2027-ci ilin əvvəlindən, boru kəməri qazı isə 2027-ci il sentyabrın 30-dan etibarən dayandırılacaq.

Macarıstan və Slovakiya həmişəki kimi qərarın əleyhinə səs veriblər.

Bəs, iki ölkə tərəfindən veto qoyulubsa, qərar necə təsdiqlənib? Ümumiyyətlə, bu sanksiyalar işə düşsə, hər iki tərəfə ziyanları nə ola bilər? Həmçinin bu qadağalar müharibənin gedişinə necə təsir edəcək?

Mövzu ilə bağlı presstvaz-a danışan politoloq Rəşad Bayramov bildirib ki, Macarıstan və Slovakiyanın etirazına baxmayaraq qərarın qəbul edilməsinin əsas səbəbi Aİ Şurasında bu məsələ üzrə konsensus deyil, kvalifikasiya edilmiş çoxluq səsverməsi mexanizminin tətbiq olunması ilə bağlıdır:

Avropadan Rusiyaya növbəti ZƏRBƏ - Yeni sanksiyalar Moskvaya necə təsir edəcək?

“Yəni qərarın qəbul edilməsi üçün bütün üzv ölkələrin razılığı yox, çoxluğun razılığı tələb olunur. Üzv dövlətlərin əksəriyyətinin səsverməsi və ya Avropa İttifaqının ümumi əhalisinin əksəriyyətini təmsil edən ölkələrin lehinə səsi kifayət edir. Sənədin əleyhinə olan səslər daha çox siyasi mesaj xarakteri daşıyır, hüquqi baxımdan qərarın qüvvəyə minməsinə mane olmur. Bu da onu göstərir ki, sanksiyalar məsələsində ayrı-ayrı ölkələrin etirazları artıq Aİ-nin ümumi strateji xəttini dəyişmək gücündə deyil. Xüsusilə enerji və iqtisadi təhlükəsizlik kimi sahələrdə Brüssel artıq daha mərkəzləşdirilmiş qərarvermə modelinə üstünlük verir. Macarıstan və Slovakiya kimi ölkələrin enerji baxımından Rusiyadan asılılığı yüksək olsa da, Avropa İttifaqı bunun ümumi təhlükəsizlik risklərindən daha ağır olmadığı qənaətindədir”.

“Sanksiyaların iqtisadi təsirlərinə gəldikdə isə bu qərar hər iki tərəf üçün müəyyən risklər yaradır. Avropa İttifaqı üçün əsas problem qısamüddətli perspektivdə enerji bazarında qiymət dalğalanmaları və təchizat riskləridir. Rusiya qazının bazardan çıxması Aİ-ni daha bahalı LNG idxalına, yeni infrastruktur layihələrinə və alternativ tədarükçülərə yönəlməyə məcbur edir. Bu isə bəzi üzv ölkələrdə sənaye xərclərinin artmasına və sosial narazılıqlara yol aça bilər. Buna baxmayaraq, uzunmüddətli perspektiv baxımından Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsi və Rusiyadan asılılığın azalması ilə strateji üstünlük qazanmağı hədəfləyir. Rusiya üçün isə bu qərarın təsiri daha çox ola bilər. Belə ki, Avropanın qaz bazarı uzun illər Rusiyanın əsas gəlir mənbələrindən biri olub. Bu bazarın itirilməsi Rusiyanın enerji ixracından əldə etdiyi valyuta gəlirlərini azaldacaq və dövlət büdcəsinə təzyiq göstərəcək. Asiya bazarlarına tədarükü artırmaq prinsipcə mümkün olsa da, mövcud infrastruktur və qiymət şərtləri Avropa bazarını tam əvəzləməyə imkan vermir” – deyə, politoloq vurğulayıb.

Onun sözlərinə görə, bu sanksiyalar Rusiya-Ukrayna müharibəsinin gedişinə dolayı, lakin əhəmiyyətli təsir göstərə bilər:

“Enerji gəlirlərinin azalması Rusiyanın müharibəni maliyyələşdirmə imkanlarını istər-istəməz məhdudlaşdırır və siyasi təcridi dərinləşdirir. Bununla belə, sanksiyaların müharibəni qısa müddətdə dayandıracağı inandırıcı deyil. Bu qərar daha çox uzunmüddətli strateji zəiflətmə aləti kimi qiymətləndirilə bilər. Ümumiyyətlə isə Aİ-nin Rusiya qazı ilə bağlı qadağası Avropa-Rusiya münasibətlərində enerji dövrünün faktiki olaraq başa çatdığını göstərən simvolik və strateji bir addım kimi qiymətləndirilə bilər”.

Siyasi şərhçi Oqtay Qasımov isə presstvaz-a açıqlamasında bildirib ki, Avropa İttifaqının Rusiya qazına qoyduğu embarqo 2022-ci ildə başlayan sanksiya siyasətinin davamı kimi qəbul olunmalıdır:

Avropadan Rusiyaya növbəti ZƏRBƏ - Yeni sanksiyalar Moskvaya necə təsir edəcək?

“Digər tərəfdən ötən il ABŞ prezidenti Aİ-yə təzyiq edirdi ki, Rusiyadan enerji resursunun alışını dayandırsınlar. Bu baxımdan Aİ-nin qərarını iki səbəb ilə izah etmək olar.

Birincisi, sanksiya siyasətinin davamı, ikincisi, ABŞ prezidentinin təzyiqləri. Geridə qalan 4 il ərzində Aİ Rusiya qazını alternativ mənbələrlə əvəz etməyə çalışır. 2022-ci ilə qədər Rusiyadan ildə 180 milyard kub metr alınırdısa, hazırda bu göstərici 15 milyard kub metrə qədər enib və gələn ilin sonuna qədər sıfırlanmalıdır”.

“Macarıstan və Slovakiyanın mövqeyi isə heç də təəccüblü görünmür. Çünki hər iki ölkə Rusiya əleyhinə sanksiyalardan mümkün qədər yayınmağa çalışır və buna səbəb kimi enerji resurslarının alışında alternativlərinin olmadığını qeyd edirlər. Amma nəzərə alsaq ki, hər iki ölkənin iqtisadiyyatı o qədər də güclü deyil və onların Rusiyadan aldığı və alacağı enerji resursları Aİ həcmində olduqca kiçik rəqəm kimi görünür, bu baxımdan, prosesin sözügedən dövlətlər üçün iqtisadi ziyandan çox siyasi zərərləri var. Sadəcə bu cür görüntü yaradılır ki, guya Aİ daxilində Rusiya siyasəti ilə bağlı vahid mövqe yoxdur” – deyə, ekspert vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv