2025-ci ildə Azərbaycanın xarici ticarət balansının müsbət saldosu necə dəyişib?

2025-ci ildə Azərbaycanın xarici ticarət balansının müsbət saldosu necə dəyişib?






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Azərbaycan, #Dollar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkə iqtisadiyyatının və ixracın şaxələndirilməsi sahəsində məqsədyönlü tədbirlər davam etdirilir.

presstvaz-ın məlumatına görə, 2025-ci ildə Azərbaycanın qeyri-neft-qaz əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 8.1% artaraq 3 milyard 628.2 milyon ABŞ dolları təşkil edib və müstəqillik tarixinin ən yüksək səviyyəsinə çatıb.

Qeyd edək ki, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi üçün ölkənin strateji valyuta ehtiyatlarının mühüm elementlərindən biri kimi, 2025-ci ildə 6 milyard 259.7 milyon ABŞ dolları həcmində qızıl idxal olunub.

Qızıl idxalı real istehlak və iqtisadi aktivlik ilə bağlı olmadığından idxalın dinamikasının və ya daxili tələb ilə bağlı olan idxal aktivliyinin təhlili zamanı nəzərə alınmır.

Qızıl idxalı nəzərə alınmadan 2025-ci ildə Azərbaycanın xarici ticarət balansının müsbət saldosu 6 milyard 922.8 milyon ABŞ dolları olub. Qızıl idxalı istisna olmaqla idxalın həcmi isə 18 milyard 120 milyon ABŞ dolları təşkil edib ki, bu da 2024-cü illə müqayisədə cəmi 2.1% artım deməkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv