Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Əli Əsədov, #Gəmi, #Kəmaləddin Heydərov, #Nazirlər Kabineti, #Xəzər dənizi, #Zaur Mikayılov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə 27 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetində “Xəzər dənizində müxtəlif təyinatlı qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların, o cümlədən qəzalı vəziyyətdə olan və ləğv olunmuş quyuların təkrar ləğvi və izolyasiyası, estakadaların, yanalma körpülərinin, platformaların, həmçinin batmış və yarımbatmış vəziyyətdə olan gəmilərin çıxarılması və digər reabilitasiya işlərinin həyata keçirilməsinə dair 2025-2030-cu illər üçün Kompleks Tədbirlər Planı”nın icrası və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələlərinə həsr olunmuş iclas keçirilib.

presstvaz xəbər verir ki, Baş nazir Əli Əsədov çıxışında Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsindəki neft-qaz yataqlarında Sovetlər İttifaqından miras qalmış müxtəlif təyinatlı hidrotexniki qurğuların, ləğv edilmiş və ya konservasiya olunmuş neft quyularının, estakadaların, yanalma körpülərinin, platformaların köhnəlməsi, korroziyaya uğraması və hidrometeoroloji amillərin təsiri səbəbindən qəzalı vəziyyətə düşməsi nəticəsində yaranmış problemlər dənizin ekoloji vəziyyətinə neqativ təsir göstərdiyini, eyni zamanda uzun müddət antropogen təsirlərin davam etməsi nəticəsində Bakı Buxtasında (Dənizkənarı bulvarın) da çirklənmənin dərinləşdiyini və onun ekoloji vəziyyətinin yaxşılaşdırılmasına kəskin zərurət yarandığını bildirib.

Kompleks Tədbirlər Planı ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadənin təqdimatla çıxışı və Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovun, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəfin və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Əfqan Cəlilovun məruzələri dinlənildi.

Eyni zamanda, Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələləri ilə bağlı Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarovun və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun məruzələri və digər çıxışlar dinlənildi.

Hər iki məsələ ətrafında müzakirələr aparılaraq aidiyyəti dövlət qurumlarına Xəzər dənizində monitorinqlər aparmaqla interaktiv xəritə-sxemin hazırlanması, iş həcmlərinin müəyyənləşdirilməsi və prioritetləşdirilməsi, beynəlxalq təcrübənin öyrənilməsi və tədbirlərin dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilməsi, habelə qəzalı və yararsız vəziyyətdə olan hidrotexniki qurğuların və quyuların demontajı, batmış və yarımbatmış gəmilərin çıxarılması, görülən tədbirlərin dəniz ətraf mühitinin yaxşılaşmasına təsirinin qiymətləndirilməsinin həyata keçirilməsi üzrə müvafiq tapşırıqlar verildi.

Həmçinin Bakı buxtasının (Dənizkənarı bulvarın) təmizlənməsi və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəniz suyunun çəkilməsi ilə sahilə yaxın hissələrdə üzə çıxmış metal konstruksiyaların ərazidən kənarlaşdırılması, hövzəyə çirkab suların axıdılmasının qarşısının alınması, suyun səthində üzən neft ləkələrinin və müxtəlif tullantıların, habelə ətrafda neftlə çirklənmiş torpaqların təmizlənməsi istiqamətində təxirəsalınmaz işləri özündə ehtiva edən Tədbirlər Planının hazırlanması tapşırığı verildi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv