Azərbaycanda əhalinin yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır

Azərbaycanda əhalinin yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır






presstv

"Presstv"az #Ailə, #Ailə həkimi, #Audi, #Avto, #Azərbaycan, #Bakı, #Bərdə rayonu, #Həkim, #İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, #Mətbuat konfransı, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Azərbaycanda əhalinin yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır”.

presstvaz xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev “2025-ci ilin yekunları və hədəflər” mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, pilot layihə olaraq Bərdə rayonunda şəbəkənin optimallaşdırılması həyata keçirilir:

Azərbaycanda əhalinin yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır

“Yeni ailə sağlamlıq mərkəzi yaradılıb, 31 tibb məntəqəsi həkim məntəqələrinə birləşdirilib. Nəticədə Bərdə rayonu üzrə 110 kənd və rayon mərkəzi iki ailə sağlamlıq mərkəzi, 34 həkim məntəqəsi və 18 tibb məntəqəsi ilə əhatə olunub. Həmçinin artıq təhkimolunma prosesinə start verilib və bu proses təxminən 3.5 milyon nəfəri əhatə edəcək. Paralel olaraq əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır ki, bu da xidmətlərin daha düzgün planlaşdırılmasına imkan verəcək.

Kadr potensialının gücləndirilməsi istiqamətində Bərdədə 43 təlim modulu üzrə 60 ailə həkimi və 10 modul üzrə 250-dən çox tibb bacısı üçün təlimlər keçirilib.

Ümumilikdə ölkə üzrə 78 ailə sağlamlıq mərkəzi, 871 həkim məntəqəsi, 1 168 tibb məntəqəsi və Bakıda 106 ambulator poliklinik müəssisənin optimallaşdırılması nəzərdə tutulur”.

Sədr vurğulayıb ki, həyata keçirilən bu tədbirlər ilkin səhiyyə xidmətlərinin əlçatanlığını artıracaq, xidmət keyfiyyətini yüksəldəcək və şəbəkənin optimallaşdırılmasını avtomatlaşdıracaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv