36 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

36 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #İran, #Məhkum, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #Nəsimi Rayon Polis İdarəsi, #Nəsimi Rayonu, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Nəsimi rayonunda narkotiklərə qarşı əməliyyat keçirildi
Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyatlar zamanı 38 yaşlı Azad Fərəcov və əvvəllər məhkum olunmuş 41 yaşlı Mikayıl Səlimov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, A. Fərəcovdan 3 kiloqram 175 qram tiryək, 7 kiloqram 340 qram marixuana və 800 ədəd metadon həbi, M. Səlimovdan isə 2 kiloqram 10 qram heroin və metamfetamin, eləcə də 8 kiloqram 75 qram marixuana aşkar edilərək götürülüb. Sonuncu əməliyyat zamanı ümumilikdə 20 kiloqram 637 qram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə əldə etdiklərini və paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb. A. Fərəcov və M. Səlimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cari ilin əvvəlindən Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən ümumilikdə 36 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

presstvaz   – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv