“Birmarket”in böyük lotereyası yekunlaşdı: “Sea Breeze”dən mənzil və “Avatr 07 Pro” avtomobili sahiblərini tapdı

“Birmarket”in böyük lotereyası yekunlaşdı: “Sea Breeze”dən mənzil və “Avatr 07 Pro” avtomobili sahiblərini tapdı






presstv

"Presstv"az #Audi, #Avto, #Hyundai, #iPhone, #Kitab, #Lotereya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Birmarket” istifadəçiləri üçün keçirilən böyük lotereya kampaniyası uğurla başa çatıb. Minlərlə istifadəçinin iştirak etdiyi kampaniya çərçivəsində “iPhone 17 Pro Max”, televizorlar, paltaryuyanlar, səyahət sertifikatları və digər dəyərli hədiyyələr oynanılıb və qaliblərə təqdim edilib.

“Birmarket” lotereyasının əsas mükafatları da artıq sahiblərini tapıb. Kampaniya çərçivəsində ilk avtomobil – “Hyundai Sonata Hybrid”, daha sonra ikinci avtomobil – “KIA K5 Sport”, eləcə də lotereyanın 3-cü avtomobili – “Avatr 07 Pro” rəsmi şəkildə qaliblərinə təqdim olunub. “Avatr 07 Pro” avtomobilinin qalibi Toğrul Cahangirli olub. O, “Birmarket” mobil tətbiqi vasitəsilə kitab alaraq lotereyada iştirak edib. Qaliblər bildiriblər ki, etdikləri alış-verişlərə görə lotereya şansları avtomatik hesablanıb və qaliblər tam şəffaf şəkildə, təsadüfi seçim yolu ilə müəyyən ediliblər.

Eyni zamanda, lotereyanın ən böyük və diqqətçəkən hədiyyələrindən biri olan “Sea Breeze” yaşayış kompleksində yerləşən ikiotaqlı, tam təmirli mənzil də sahibini tapıb. Mənzilin qalibi Astara şəhərindən olan 20 yaşlı tələbə İbrahim Rzayev olub. O, “Birmarket” mobil tətbiqi vasitəsilə cəmi bir yastıq alaraq lotereyada iştirak edib və etdiyi adi alış-veriş onu böyük mükafatın sahibi edib.

Qeyd edək ki, “Birmarket” marketpleys üzərindən istifadəçilər elektronika, gözəllik və ev üçün məhsullar daxil olmaqla minlərlə məhsuldan ibarət geniş seçim imkanına malikdirlər.

Kampaniya bir daha sübut edib ki, gündəlik alış-veriş bəzən böyük qazanclarla nəticələnə bilər.

“Birmarket” mobil tətbiqini yükləyin, alış-veriş edin və yeni kampaniyalar barədə ilk məlumat alanlardan olun.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv