Vəfat edən oğlunun arvadını döyən qadına amnistiya tətbiq olundu

Vəfat edən oğlunun arvadını döyən qadına amnistiya tətbiq olundu






presstv

"Presstv"az #Audi, #Avto, #Cinayət işi, #Hadisə, #Konstitusiya və Suverenlik İli, #Şəmkir, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şəmkirdə 60 yaşlı qadın vəfat edən oğlunun həyat yoldaşını döyüb.

presstvaz-ın məlumatına görə, hadisə rayonun Qaracəmirli kəndində baş verib.

Kənd sakini, 1966-cı il təvəllüdlü Əfayət Həsənovanın oğlu Şəhriyar 2024-cü ildə ürək çatışmazlığından qəfil vəfat edib. Onun ölümündən sonra qayınana ilə gəlin arasında mübahisələr başlayıb. Əfayət Həsənova oğluna məxsus avtomobili satmaq istəsə də, gəlini buna imkan verməyib. Şəhriyarın ölümündən sonra ona məxsus olan avtomobil həyat yoldaşının adına keçdiyi üçün gəlin avtomobilin satılmasına razılıq verməyib. Nəticədə Əfayət Həsənova qızını da köməyə çağıraraq, gəlini döyməyə başlayıblar.

Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanılıb, iş məhkəməyə göndərilib.

Şəmkir Rayon Məhkəməsində cinayət işi araşdırılaraq qərar verilib. Məhkəmənin qərarı ilə Ə.Həsənovaya “Konstitusiya və Suverenlik İli” münasibətilə elan edilən amnistiya aktı tətbiq edilib və cinayət işinə xitam verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv