İlham Əliyev Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub

İlham Əliyev Sumqayıt Sənaye Parkında polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub






presstv

"Presstv"az #Almaniya, #Audi, #Azərbaycan, #İlham Əliyev, #İqtisadiyyat Nazirliyi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoyub.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, “Nun” MMC-nin təsisçisi Kamran Rzayev yaradılacaq müəssisə barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, ötən il Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən bu MMC tərəfindən reallaşdırılacaq layihəyə uyğun olaraq 1 hektar ərazidə istehsal müəssisəsinin tikintisi nəzərdə tutulub. Almaniya texnologiyasından istifadə ediləcək müəssisənin illik istehsal gücü 1 680 ton laminatlı kisə, 1 440 ton polipropilen kisə olmaqla ümumilikdə 3 120 tondan çox təşkil edəcək. Məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək. Burada 140 daimi iş yeri yaradılacaq. İnvestisiya həcmi 11.2 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat dəyərində güzəştli kredit ayrılması nəzərdə tutulub. Burada quraşdırılacaq avadanlığın idxal zamanı ƏDV və gömrük rüsumlarından azad olunması planlaşdırılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv