Yunanıstanda peçenye fabrikində yanğın: Həlak olanlar var

Yunanıstanda peçenye fabrikində yanğın: Həlak olanlar var






presstv

"Presstv"az #Ailə, #Audi, #Hadisə, #Psixoloq, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yunanıstanın Trikala şəhərində “Violanta” peçenye fabrikində partlayış və yanğın baş verib. Nəticədə dörd nəfər həlak olub, bir nəfər itkin düşüb.

presstvaz-ın xəbərinə görə, bu barədə Yunanıstanın “ERT News” telekanalı məlumat verib.

Məlumata görə, partlayışdan sonra böyük yanğın başlayıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər və cinayətkarlığa qarşı mübarizə üzrə polis idarəsinin mütəxəssisləri cəlb ediliblər. Sobaların gecə-gündüz işlədiyi fabrikdə hadisə zamanı 12-13 nəfər olub. Yanğınsöndürənlər daha əvvəl itkin düşmüş hesab edilən beş qadından 3-nün cəsədini, daha sonra isə dördüncü ölənin cəsədini tapıblar. Daha bir qadın hələ də itkin düşmüş hesab edilir.

İlkin versiyaya görə, partlayışın mümkün səbəbi fabrikdə ammonyak və propanın saxlanılması ola bilər.

“Fabrikin işçisi olan altı qadın və əsasən ehtiyat tədbiri olaraq bir yanğınsöndürən Trikala xəstəxanasına göndəriliblər. Onların ciddi xəsarətləri yoxdur. Biz, həmçinin onlara və ailələrinə psixoloji dəstək üçün Karditsa xəstəxanasından iki psixoloq da göndərmişik”, – deyə Yunanıstanın səhiyyə naziri Adonis Qeorqiadis bildirib.

Yunanıstan polisinin mətbuat katibi Konstantiya Dimoqlidu qeyd edib ki, hadisə yerində çox sayda yanğınsöndürən qalır və onlar fabrik binasındakı yanğını nəzarət altına almağa çalışırlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv