Böyük Britaniyada yeni qadağa: Minlərlə ev meymunu müsadirə oluna və öldürülə bilər

Böyük Britaniyada yeni qadağa: Minlərlə ev meymunu müsadirə oluna və öldürülə bilər






presstv

"Presstv"az #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Hakim, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyada minlərlə ev meymunu onların saxlanmaları ilə bağlı qaydaların sərtləşdirilməsindən sonra müsadirə oluna və iynə ilə yatızdırılaraq öldürülə bilər.

presstvaz-ın xəbərinə görə, bu barədə “Daily Mail” nəşri məlumat verib.

Meymunların sahibləri artıq lisenziya almalı və saxlanma şəraitinin yüksək “zoopark standartlarına” cavab verdiyini sübut etməlidirlər. Lakin noyabr ayına qədər bu cür icazələr üçün yalnız üç müraciət təqdim edilib.

Heyvanlarla qəddar davranışın qarşısının alınması üzrə Kral Cəmiyyətinin məlumatına görə, Britaniya evlərində minlərlə primat (meymun) yaşayır. Yeni qaydalar sahiblərdən ultrabənövşəyi işıqla təchiz olunmuş geniş volyerlər olmasını tələb edir ki, bu da çoxu üçün mümkünsüzdür.

Keçmiş nazir Lord Duqlas-Miller bəyan edib ki, qaydaların pozulması halında, heyvan müsadirə olunacaq, sahibi isə cərimələnəcək. Hakimiyyət orqanları onlara səhvləri düzəltmələri üçün vaxt ayrılmasına söz versə də, standartlar olduqca yüksəkdir.

“Born Free” Fondundan Kris Lyuisin izah etdiyi kimi, ciddi sağlamlıq problemləri ilə müsadirə edilən heyvanlar evtanaziya edilə (iynə ilə yatızdırılaraq öldürülə) bilər. Bütün heyvanları sığınacaqlara yerləşdirməyin mümkün olması ehtimalı azdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv