12 kiloqram narkotik vasitə aşkarlanaraq götürüldü

12 kiloqram narkotik vasitə aşkarlanaraq götürüldü






presstv

"Presstv"az #Araşdırma, #Avto, #Azərbaycan, #Bakı, #Cinayət işi, #DİN, #İran, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #Səbail, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Səbail rayonunda narkotiklərə qarşı əməliyyat keçirildi
         Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 9-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib.

Tədbir zamanı 33 yaşlı Gəncə şəhər sakini Səfər Camalov saxlanılıb. Onun idarə etdiyi avtomobilə baxış zamanı 10 kiloqram 110 qram marixuana, 2 kiloqram 55 qram tiryək və 13 ədəd psixotrop tərkibli preqabalin həbi aşkar edilərək götürülüb.

        Araşdırmalarla müəyyən edilib ki, S.Camalov narkotik vasitələri sosial şəbəkə üzərindən tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından Bakı şəhərində satmaq məqsədilə əldə edib. O, narkotikləri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə xarici narkotacirə məlumat verməli imiş.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv