DİN son iki günün statistik məlumatlarını açıqladı

DİN son iki günün statistik məlumatlarını açıqladı






presstv

"Presstv"az #Ailə, #Avto, #Azərbaycan, #DİN, #Odlu silah

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticə verdi
        Daxili İşlər Nazirliyinin rəsmi mənbələrindən presstvaz-a daxil olan məlumata əsasən, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 24-də və 25-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin tarixlərdə həyata keçirilən əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

        Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyatlar nəticəsində ümumi çəkisi 31 kiloqrama yaxın narkotik vasitə və 2184 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər də davam etdirilir. Yanvarın 24-də və 25-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 62 tüfəng, 7 patron darağı və 697 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

presstvaz  – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv