“Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır

“Kontakt” Gürcüstan bazarında gücünü ikiqat artırır






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Gürcüstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın pərakəndə ticarət sahəsində illərdir lider mövqeyini qoruyan “Kontakt” mağazalar şəbəkəsi beynəlxalq bazarda da iddialı böyüməsini davam etdirir. Hazırda altı mağaza ilə Gürcüstan bazarında təmsil olunan şəbəkə bu il fəaliyyət miqyasını ikiqat artırmağı və ölkənin müxtəlif regionlarında daha altı yeni mağaza açmağı planlaşdırır.

Yerli brend olan “Kontakt” artıq beş ildən çoxdur ki, uğurlu təcrübəsini ölkə sərhədlərindən kənarda – Gürcüstanda da tətbiq edir. Şəbəkə bazara daxil olduğu gündən etibarən qısa müddətdə yerli alıcıların etimadını qazanıb və rəqabətli bazarda seçilən oyunçulardan birinə çevrilib.

Artıq Tbilisi, Batumi və Rustavi kimi əsas şəhərlərdə möhkəmlənən “Kontakt” bu il Telavi, Kutaisi və Zuqdidi kimi regionlara daxil olmaqla Gürcüstanı dörd bir yandan əhatə etməyə hazırlaşır.

“Kontakt” gürcüstanlı istehlakçılar üçün həm geniş məhsul çeşidi, həm də rahatlıq ünvanı kimi tanınır. Xüsusilə, rahat daxili kredit şərtləri yerli bazarda “Kontakt”ı fərqləndirən əsas üstünlüklərdən biri kimi önə çıxır. Şəbəkə bazarın tələblərinə uyğunlaşmaqla yanaşı, yerli istehlakçı vərdişlərini də diqqətlə analiz edərək fərqli alış təcrübəsi təqdim edib.

Qeyd edək ki, hazırda “Kontakt” Azərbaycan üzrə 50-dən çox, Gürcüstanda altı mağaza, kontakt.azkontakt.ge onlayn platformaları ilə minlərlə müştəriyə xidmət göstərir. Üstəlik, şəbəkə Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv