Alüminium qablarda bişirilən yeməklər nə qədər təhlükəsizdir?

Alüminium qablarda bişirilən yeməklər nə qədər təhlükəsizdir?






presstv

"Presstv"az #Sağlamlıq, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mütəxəssislər xəbərdarlıq edir ki, alüminium qablardan istifadə bəzi hallarda sağlamlıq üçün risk yarada bilər. Diyetoloq Olqa Yablokovanın sözlərinə görə, xüsusilə yumurta kimi məhsulların bu tip qablarda bişirilməsi arzuolunan deyil.

presstvaz-ın məlumatına əsasən, əsas təhlükə alüminium qabların üzərindəki qoruyucu oksid qatının zamanla zədələnməsi ilə bağlıdır.

Cızıq, əzik və aşınmalar nəticəsində bu qat sıradan çıxdıqda, metal qida ilə birbaşa təmasda olur.

Yablokova bildirir ki, yüksək temperatur, duzlu və turş mühit alüminiumun qidaya keçməsini daha da sürətləndirir. Yumurta adətən duz əlavə olunmuş suda qaynadıldığından, bu şərait alüminium ionlarının suya keçmə ehtimalını artırır. Əgər qaynama zamanı yumurtanın qabığı çatlayarsa, həmin maddələr zülal və sarıya qədər nüfuz edə bilər.

Mütəxəssisin sözlərinə görə, alüminium tərkibli qidaların uzun müddət və müntəzəm şəkildə qəbul edilməsi mədə-bağırsaq problemlərinə, sümük toxumasının zəifləməsinə, böyrək xəstəliyi olan şəxslərdə isə zəhərlənmə riskinin artmasına səbəb ola bilər.

Diyetoloq yumurta və digər qidaların bişirilməsi üçün daha təhlükəsiz materiallara üstünlük verilməsini tövsiyə edir. Paslanmayan polad, istiliyədavamlı şüşə və keyfiyyətli keramika qablar qida ilə reaksiyaya girmir, duz və turşulara qarşı daha davamlıdır və yeməyin dadını daha yaxşı qoruyur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv