Süni intellektə bağlılıq depressiya riskini artıra bilər – ARAŞDIRMA

Süni intellektə bağlılıq depressiya riskini artıra bilər – ARAŞDIRMA






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Depressiya, #Süni intellekt, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sosiallaşmaq üçün süni intellektdən istifadə depressiya və narahatlıqla əlaqələndirilir.

presstvaz xəbər verir ki, "JAMA Network Open" jurnalında dərc edilən tədqiqatda süni intellektdən gündəlik və şəxsi məqsədlərlə istifadə edənlərdə depressiya, narahatlıq və əsəbilik əlamətlərinin daha çox müşahidə edildiyi qeyd olunub.

Araşdırma ABŞ-də 20 mindən çox iştirakçı ilə aparılıb.

Araşdırmanın baş müəllifi Dr. Roy Perlis bildirib ki, süni intellektdən istifadə tezliyi artdıqca psixoloji simptomların da şiddətləndiyi müşahidə olunub.

Xüsusilə 45-64 yaş arası istifadəçilərdə süni intellektdən aktiv istifadə ilə depressiv əlamətlərin daha çox bildirildiyi vurğulanıb.

Qeyd edilib ki, iş və ya təhsil layihələri üçün süni intellektdən istifadə ilə depressiya arasında isə heç bir əlaqə aşkar edilməyib.

Amerika Psixologiya Assosiasiyası (APA) süni intellektin peşəkar psixoloji terapiyanın yerini tuta bilməyəcəyi barədə xəbərdarlıq edir. Dr. Perlis də ümumi məqsədli chatbotların sosial və ya psixoloji dəstək üçün hazırlanmadığını, bu məqsədlə istifadənin risk yarada biləcəyini bildirib.

Sorğu nəticələri süni intellekt istifadəsi ilə ruh sağlamlığı problemləri arasında əlaqə olduğunu göstərsə də, səbəb-nəticə münasibətini sübut etmir. Yəni depressiyaya süni intellektin səbəb olub-olmadığı, yoxsa depressiv şəxslərin daha çox süni intellektə üz tutduğu hələlik dəqiq bilinmir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv