Bakıda qadını restoranın tualetində döyən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI

Bakıda qadını restoranın tualetində döyən şəxslə bağlı MƏHKƏMƏ QƏRARI






presstv

"Presstv"az #Audi, #Bakı, #Cinayət işi, #Hadisə, #Konstitusiya və Suverenlik İli, #Salyan, #Səbail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda kişi restoranın tualetində qadını döyüb.

presstvaz Lent.az-a istinadla xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolunda yerləşən “Era” restoranının sanitar qovşağında qeydə alınıb.

Tanıdığı oğlanla həmin restoranda yeyib-içən Tünzalə (şərti adla) gecə saat 12-yə qalmış sanitar qovşağına gedib. Bu zaman tanışı olan 31 yaşlı Cavad Məlikli (ad və soyad şərtidir) də onun arxasınca sanitar qovşağa gedib. Cavadın sözlərinə görə, tualetin yanına çatanda Tünzalənin qapını açıb çıxdığını görüb, və qadın onunla birgə tualetə girmək istəyib. Lakin Cavad buna etiraz edərək, “məni orada cinsi əlaqədə olmağa çağırırsan?” deyib. Tünzalə isə bu suala əsəbiləşərək, ağır cavab verib. Nəticədə Cavad tualetdə Tünzalənin gözünə yumruqla zərbə vuraraq, xəsarət yetirib.

Qadının sözlərinə görə isə, Cavad zorla qapını açaraq, onunla birgə tualetə girmək istəyib. Etiraz edəndə isə onu döyüb, müxtəlif bədən xəsarətləri yetirib.

Bu əməlinə görə Cavad Məlikli saxlanılıb və barəsində müvafiq maddə ilə cinayət işi açılıb. O, məhkəmədə “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiyaya düşməsini xahiş edib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə cinayət təqibinə xitam verilib və Cavad Məlikli məsuliyyətdən azad olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv