Bir mübahisə, onlarla zərərçəkən: “Peşəkar sürücülərin çoxu Avropaya üz tutur”

Bir mübahisə, onlarla zərərçəkən: “Peşəkar sürücülərin çoxu Avropaya üz tutur”






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Avropa, #Avto, #avtobus, #Azərbaycan, #Bakı, #Hadisə, #Hakim, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sürücülərlə sərnişinlər arasında yaşanan mübahisələr ictimai nəqliyyatda tez-tez rast gəlinən hallardandır. Belə hadisələr zamanı sürücülərin avtobusu idarə etməkdən imtinası isə daha böyük problemlərə yol açır.

Keçən həftə gündəlik istifadə etdiyim 72 nömrəli avtobusda altı yaşlı uşaq üçün ödənməyən gediş haqqına görə sürücü ilə sərnişin arasında yaranan mübahisə sonda sürücünün avtobusdan düşərək idarəetmədən imtina etməsi ilə nəticələndi. Bir gün sonra paytaxtdakı iki nömrəli avtobusda da oxşar hadisə baş verdi: sürücü nəqliyyat vasitəsini yol kənarına verərək saxladı və sürməkdən imtina etdi…

presstvaz mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edir:

Mediada və sosial platformalarda sürücünün bu davranışı geniş müzakirə olundu. Ard-arda baş verən bu hadisələr diqqəti yenidən sürücü-sərnişin, sürücü-şirkət münasibətlərinə yönəltdi.

Səbir, etik normalara və təhlükəsizliyə əməl etmək tələb olunur

Bu mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdikdə qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tural Orucov bizi “BakuBus” MMC-yə yönləndirdi.

“Bakubus” MMC-nin istismarında olan avtobusların sürücüləri sərnişinləri marşrut üzrə son mənzilə çatdırmaq öhdəliyini daşıyırlar və bu, onların əsas vəzifələrindən biridir”, – deyə MMC-nin mətbuat katibi Əsmər Əliyeva cavabı çox yubatmadı.

Eyni zamanda qeyd etdi ki, sürücülərdən hərəkət zamanı səbirli, təmkinli davranış nümayiş etdirmələri, etik normalara və təhlükəsizlik qaydalarına əməl etmələri tələb olunur.

Ə.Əliyeva vurğuladı ki, bəzi hallarda sərnişinlə insident zamanı sürücünün özünü pis hiss etməsi, emosional gərginlik yaşaması kimi hallar da baş verə bilər:

“Belə vəziyyətlərdə təlimata əsasən sürücü təhlükəsizliyin təmin edilməsi məqsədilə avtobusu saxlayaraq monitorinq mərkəzinə məlumat verir və hadisə qeydə alınır. Bu kimi hallar dərhal araşdırılır, avtobusdaxili videomüşahidə kameralarının görüntülərinə baxılır və məsələ hərtərəfli qiymətləndirilir”.

Bir mübahisə, onlarla zərərçəkən: Peşəkar sürücülərin çoxu Avropaya üz tutur

“Peşəkar sürücülərin çoxu Avropaya üz tuturlar”

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İctimai Şuranın üzvü, nəqliyyat kommunikasiyaları üzrə ekspert Rauf Ağamirzəyev hesab edir ki, avtobus sürücüsü sükan arxasında sərnişinlərin təhlükəsiz daşınmasına görə məsuliyyət daşıyır. Amma bu sahədə sistemli problemlər var. Bakıda xeyli vaxtdır nağdsız ödənişə keçilib. Amma dünya ölkələrindən fərqli olaraq avtobusa bir qapıdan giriş edirik. Bu praktika özünü doğrultmur. Sürücünü əlavə yükləyir və tranzit vaxtına təsir edir. Üstəlik, sərnişinlərin bir-birinə anlayışlı yanaşmaması, avtobusun salonunun önündə qalmaları da əlavə vaxt aparır. Bu cür davranışlar xoşagəlməz hadisələrin yaranmasına da zəmin yaradır”. İŞ üzvü hesab edir ki, sürücünün işi yalnız sükan arxasında avtobusu idarə etməkdir, onun ödənişlə bağlı öhdəliyi olmamalıdır:

“Bunun üçün xüsusi nəzarətçilər təyin edilməlidir. Bizdə sərnişin və yükdaşımada sürücü qıtlığı var. Peşəkar sürücülərin çoxu Avropaya üz tutur. Sürücünün son dayanacaqda yemək, ibadət, sanitar qovşağı kimi şəraiti olmalıdır. Bu olmasa, xidmət keyfiyyəti artmayacaq. Nə qədər yaxşı avtobus gətirsək də, onu idarə edən insanın problemini həll etməsək, sərnişindaşıma riskli sahə olaraq qalacaq”.

R.Ağamirzəyev hesab edir ki, belə hallarla bağlı emosiyalara qapılıb kimisə işdən çıxarmaqla problemləri həll edə bilmərik.

Bir mübahisə, onlarla zərərçəkən: Peşəkar sürücülərin çoxu Avropaya üz tutur

İki nəfər mübahisə edir, onlarla insan ziyan çəkir

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyevin sözlərinə görə, bu cür hallar təkcə ictimai davranış problemi deyil, həm də birbaşa ictimai xidmətin hüquqi çərçivəsinin pozulmasıdır:

“Marşrut avtobusu sürücünün şəxsi mülkiyyəti və ya fərdi nəqliyyat vasitəsi deyil. Sürücü bu sistemdə mütləq qərar verən tərəf yox, əmək funksiyasını yerinə yetirən icraçıdır. Bu baxımdan, sürücünün sərnişinlə mübahisəyə görə avtobusu saxlayıb sürməkdən imtina etməsi qanunsuzdur. Belə davranış nə yol-hərəkət qaydaları, nə əmək intizamı, nə də ictimai xidmətlər prinsipi ilə uzlaşır. Mübahisə edən tərəf iki nəfər ola bilər, amma nəticədə onlarla insan ziyan çəkir. Bir sərnişinin davranışı nə qədər problemli olsa belə, digər sərnişinlərin hüquqlarının qurban verilməsi hüquqla əsaslandırıla bilməz”.

Ə.Nuriyev bildirir ki, əgər sərnişin həqiqətən qaydanı pozursa, sürücünün dispetçerə məlumat vermək, hüquq-mühafizə orqanlarına müraciət etmək və ümumi şəkildə sərnişinin avtobusdan endirilməsini təmin etmək hüququ var:

“Amma sürücünün özünü hakim kimi apararaq avtobusu hərəkətsiz saxlaması özbaşınalıqdır, eyni zamanda, onun özü üçün də məsuliyyət yaradır. Bu, daşıyıcı şirkət üçün ciddi sanksiyalarla nəticələnə bilər. O cümlədən, avtobusdakı sərnişinlər dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldıra bilərlər”.

Hüquqşünas bildirir ki, belə hadisələr ciddi şəkildə araşdırılmalı və nəticə çıxarılmalıdır:

“Əks halda, bu cür davranışlar normaya çevrilir və ictimai nəqliyyat sisteminə etimadı sarsıdır. Hesab edirəm ki, şirkətin daşıyıcılarla bağlı fəaliyyətinə nəzarət edən AYNA da bu istiqamətdə fəaliyyətini gücləndirilməlidir”.

Ə.Nuriyev hesab edir ki, əgər sərnişin həqiqətən təhqir və zorakı davranış nümayiş etdiribsə, o da məsuliyyət daşıyır:

“Sərnişin etdiyi hərəkətin xarakterinə görə müvafiq məsuliyyət daşıya bilər”.

Bir mübahisə, onlarla zərərçəkən: Peşəkar sürücülərin çoxu Avropaya üz tutur


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv