“Haber Global”: “Azərbaycanın sülh strategiyası bütün dünyaya nümunə kimi göstərilir”

“Haber Global”: “Azərbaycanın sülh strategiyası bütün dünyaya nümunə kimi göstərilir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Birləşmiş Ərəb Əmirlikləri, #Ermənistan, #Haber Global, #İlham Əliyev, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Həm döyüş meydanında, həm də danışıqlar masasında qələbə qazanan Azərbaycanın sülh strategiyası bütün dünyaya nümunə kimi göstərilir”.

presstvaz-ın xəbərinə görə, bu barədə “Haber Global” “YouTube” kanalının hazırladığı videosüjetdə bəhs edilir.

“Azərbaycan Prezidenti İlham Əliyev bu həftənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb. Mükafatın rəsmi sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edilib. Paylaşımda İlham Əliyevin sülh strategiyasından təqdirəlayiq şəkildə bəhs edilib.

Paylaşımda Azərbaycan və Ermənistan arasında 8 avqust 2025-ci ildə imzalanan sülh sazişinin gələcək nəsillər üçün qarşılıqlı etimad yaradacağı qeyd edilib. İlham Əliyevin apardığı sülh strategiyası tərif dolu sözlərlə ifadə edilib.

Həmçinin paylaşımda İlham Əliyevin “Zayed İnsan Qardaşlığı Mükafatı”nın baş katibi Məhəmməd Əbdülsəlam ilə görüşünə də yer verilib.

“Sülh yolunda atdığınız addımları çox yüksək qiymətləndiririk. Sadəcə, sülhlə bağlı sözlərinizdən bəhs etmirəm. Eyni zamanda, sülh üçün atdığınız addımlardan danışıram. Bu, bütün dünya üçün həqiqətən də olduqca əhəmiyyətlidir”, – deyə Məhəmməd Əbdülsəlam bildirib.

Azərbaycan və Ermənistan arasında paraflanan sülh sazişi beynəlxalq diplomatiya üçün nümunədir. Çünki sülhün hüquqi prinsiplər və beynəlxalq legitimlik əsasında bərqərar edilə biləcəyini nümayiş etdirdi”, – deyə materialda qeyd edilib.

Daha ətraflı videosüjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv