Starmer öz qanun layihəsini Trampa görə geri götürdü

Starmer öz qanun layihəsini Trampa görə geri götürdü






presstv

"Presstv"az #ABŞ, #Audi, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #London

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Böyük Britaniyanın Baş naziri Kir Starmer ABŞ Prezidenti Donald Trampın tənqidindən sonra Hind okeanının mərkəzindəki Çaqos arxipelaqının Mərakeşə verilməsi ilə bağlı razılaşmanın parlamentdə müzakirəsini gündəmdən çıxarıb.

presstvaz xəbər verir ki, bu barədə “The Daily Telegraph” (DT) mənbələrə istinadən məlumat yayıb.

Qanunun yanvarın 26-da Britaniya Parlamentinin Lordlar Palatasında (yuxarı palata) müzakirəyə çıxarılması gözlənilirdi. Lakin Britaniya hökuməti müqavilənin nəzərdən keçirilməsini təxirə salıb. Bu, müxalifətin Londonun 1966-cı il Britaniya-ABŞ müqaviləsini pozacağı barədə açıqlamaları fonunda baş verib. Qeyd edək ki, həmin razılaşma arxipelaqın “Birləşmiş Krallığın suverenliyi altında qalmalı olduğunu” nəzərdə tutur.

K.Starmer 22 may 2025-ci ildə Çaqos arxipelaqı üzərində nəzarətin Mərakeşə ötürülməsi ilə bağlı müqavilənin imzalandığını elan edib. Dieqo Qarsiya adasında 99 il ərzində Britaniya-ABŞ hərbi bazasının saxlanılması da bu müqaviləyə daxildir. Razılaşmaya görə, Böyük Britaniya vaxtilə öz koloniyası olmuş Mərakeşə ildə 100 milyon funt sterlinqdən (230 milyon AZN-dən çox) artıq pul ödəyəcək, eyni zamanda, xarici təhlükəsizlik qüvvələrinin adalarda olmasına ciddi qadağa qoyacaq.

Yanvarın 20-də D.Tramp adanın Mərakeşə verilməsini “böyük axmaqlıq” və “zəiflik” adlandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv