ABŞ üçün qorxunc PROQNOZ: Sakinlər mağazalara axışır, ərzaq və su ehtiyatı toplayırlar

ABŞ üçün qorxunc PROQNOZ: Sakinlər mağazalara axışır, ərzaq və su ehtiyatı toplayırlar






presstv

"Presstv"az #ABŞ, #Audi, #Qida məhsulları, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin bir neçə bölgəsində yaxınlaşan güclü fırtına ilə bağlı edilən xəbərdarlıqlar fonunda qida məhsulları və içməli suya tələbat kəskin şəkildə artıb.

presstvaz xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Yanvarın 23-də sosial şəbəkələrdə mağazalardakı boş rəfləri əks etdirən video və fotoşəkillər geniş yayılıb. Sakinlər əsasən içməli su, çörək və təzə meyvə-tərəvəz ehtiyatı toplamağa üstünlük verirlər. Bununla belə, sosial media istifadəçiləri şərhlərdə bu məhsulların saxlama müddətinin qısa olduğunu və uzunmüddətli ehtiyat üçün uyğun olmadığını qeyd ediblər.

Agentliyin məlumatına görə, enerji şirkətləri minlərlə əməkdaşı yüksək hazırlıq vəziyyətinə gətirib. Bir sıra hava limanlarında uçuşlar ləğv edilib. Meteoroloqlar fırtınanın infrastruktur üçün ciddi təhlükə yarada biləcəyini, genişmiqyaslı elektrik enerjisi kəsintilərinə və temperaturun kəskin enməsinə səbəb ola biləcəyini proqnozlaşdırırlar.

Daha əvvəl bildirilib ki, Arizonadan Men ştatınadək ABŞ-nin 40-dan çox ştatında güclü qış fırtınası gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv