İspaniya Deputatlar Konqresinin sədri: “Beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü hər iki parlamentin ümumi prinsipləridir”

İspaniya Deputatlar Konqresinin sədri: “Beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü hər iki parlamentin ümumi prinsipləridir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ermənistan, #İspaniya, #İspaniyanın, #Milli Məclis, #Münaqişə, #Sahibə Qafarova, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu səfərlə İspaniyanın Azərbaycan Respublikası ilə ikitərəfli münasibətlərin gücləndirilməsinə, eləcə də daimi və yüksəksəviyyəli siyasi və institusional dialoqun qorunub saxlanmasına sadiqliyini bir daha nümayiş etdiririk. Parlament diplomatiyası ölkələr arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, etimadın formalaşdırılması və regional sabitliyə töhfə verilməsi baxımından mühüm amildir”.

presstvaz xəbər verir ki, bu sözləri İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol Sosias Milli Məclisin sədri Sahibə Qafarova ilə keçirdiyi birgə brifinqdə deyib.

“Bu görüş çərçivəsində İspaniyanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əldə olunmuş irəliləyişlərə verdiyi yüksək qiyməti ifadə etmək imkanım oldu. Xatırladım ki, bu proses 2025-ci il avqustun 8-də Vaşinqton Sammitində imzalanmış razılaşmadan sonra başlanıb. Arzumuz budur ki, bu proses Qarabağ bölgəsində onilliklər boyu davam etmiş münaqişəyə son qoyacaq və sülh sazişi ilə yekunlaşaraq bölgədə rifah və əməkdaşlıq üçün yeni mərhələ açılmasına şərait yaradacaq. Bu prosesə əsas verən beynəlxalq hüquq, suverenlik və ərazi bütövlüyü hər iki parlamentin ümumi prinsipləridir”, – deyə ispaniyalı parlamentari vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv