Baş nazir Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb

Baş nazir Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Başsağlığı, #Əli Əsədov, #İspaniya, #Nəqliyyat, #Qatar qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 23-də İspaniya Krallığı Deputatlar Konqresinin sədri Fransina Armenqol ilə görüşüb.

presstvaz xəbər verir ki, Baş nazir Ə.Əsədov bir neçə gün əvvəl İspaniyada baş vermiş qatar qəzası nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar F.Armenqola başsağlığı verdi.

Görüşdə Azərbaycan ilə İspaniya arasında mövcud əlaqələrin müxtəlif sahələrdə müsbət dinamika nümayiş etdirdiyi bildirildi, dövlətlərarası münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı qeyd edildi.

Parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin və təmasların önəmi vurğulandı.

İki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusən də ticarət-iqtisadi, investisiya, enerji, o cümlədən bərpa olunan enerji, nəqliyyat və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.

Baş nazir Əli Əsədov İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv