Xankəndi, Ağdam və Xocalıda təhsil müəssisələrində ilk dəfə dərslərə başlanıldı

Xankəndi, Ağdam və Xocalıda təhsil müəssisələrində ilk dəfə dərslərə başlanıldı






presstv

"Presstv"az #Audi, #Körpə, #Orta məktəb, #Təhsil, #Uşaq bağçası, #Xankəndi şəhəri, #Xocalı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İşğaldan azad edilmiş ərazilərdə yeni təhsil müəssisələri fəaliyyətə başlayıb.

presstvaz xəbər verir ki, ilk dəfə olaraq Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasında, Ağdam rayonunun Xıdırlı kəndində və Xocalı rayonunun Ballıca kəndində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində tədris prosesinə start verilib.

Bununla yanaşı, Xankəndi şəhəri Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbində də dərslər bərpa edilib və şagirdlər müasir təhsil şəraitində təhsilə cəlb olunublar.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli təhsil müəssisələrinə baxış keçirib, yaradılan şəraitlə tanış olub və dərs prosesini izləyib. O, müəllim və şagirdlərlə görüşərək onlara uğurlar arzulayıb, bölgədə təhsilin inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv