Prokurorluq və ADY yanacaq oğurluğuna dair hökmdən narazıdır: “Ziyanın məbləği çoxdur”

Prokurorluq və ADY yanacaq oğurluğuna dair hökmdən narazıdır: “Ziyanın məbləği çoxdur”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İmişli, #Lənkəran, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Lokomotivlərin hərəkəti üçün nəzərdə tutulmuş tonlarla yanacağın mənimsənilməsi ilə bağlı həbs edilən “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sabiq əməkdaşları məhkəmə hökmündə göstərilmiş məbləğdə dövlətə dəymiş ziyanı ödəyiblər. Lakin prokurorluq və ADY bununla razılaşmır, ziyanın real məbləğinin hökmdə göstəriləndən daha çox olduğunu bildirirlər.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə hökmü ilə müəyyən edilmiş 107 min manatlıq ziyanın ödənilməmiş 31 min 837 manatlıq hissəsi də bu günlərdə təqsirləndirilən Eldəniz Sadıqov və Famil Soltanov tərəfindən geri qaytarılıb.

İttiham tərəfi qeyd edir ki, istintaq dövründə aparılmış mütəxəssis rəyi ilə bu cinayət əməli nəticəsində dövlətə dəymiş ziyan 236 min manat təşkil edir.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi məhkəmə ekspertizası isə yeyintinin 236 min deyil, 107 min manat olduğunu müəyyən edib. Bu rəyə əsasən də hökm çıxarılıb.

Hazırda prokurorluq və zərərçəkmiş tərəf məhkəmə ekspertizasının rəyini qəbul etmir. Bu səbəbdən dövlət ittihamçısı protest, ADY isə apellyasiya şikayəti verib.

Eyni zamanda təqsirləndirilən şəxslər də hökmdən apellyasiya şikayəti təqdim ediblər.

Eldəniz Sadıqovun vəkili Nicat Vəliyev sayta açıqlamasında deyib ki, bir neçə gün əvvəl ziyanın qalan hissəsi də tam ödənilib. Bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxslərin azadlığa buraxılması barədə qərar verəcəyinə ümid edirlər.

Şikayətlər üzrə yaxın günlərdə yeni məhkəmə başlayacaq.

Qeyd edək ki, Eldəniz Sadıqov ADY-nin Yanacaq və Enerji Resurslarının İdarə Edilməsi Departamentinin İmişli təminat məntəqəsinin rəisi, Famil Soltanov isə İnfrastruktur Departamentinin Qatarların İdarə Edilməsi Xidmətinin İmişli lokomotiv sahəsində magistral üzrə teplovoz maşinisti vəzifəsində işləyiblər.

Onlar 70 ton yanacağın mənimsənilməsində təqsirli biliniblər. Məhkəmə hökmü ilə Sadıqov 6 il, Soltanov isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki şəxs məhkəmə zalında həbs olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv