Mostovoydan “Qarabağ”ın qələbəsinə reaksiya

Mostovoydan “Qarabağ”ın qələbəsinə reaksiya






presstv

"Presstv"az #Almaniya, #Futbol, #Rusiya, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qarabağ” – “Ayntraxt” matçının birinci hissəsinə baxdım. Əvvəlcə “Qarabağ”ın ilk qolu vurmasına çox sevindim. Sonra isə iki qol buraxmaları və hesabın 1:2 olması məni məyus etdi. Bundan sonra artıq oyuna baxmadım, düşündüm ki, “Qarabağ” ən yaxşı halda heç-heçə edəcək.

presstvaz Qol.az-a istinadən xəbər verir ki, bunu tanınmış rusiyalı futbol mütəxəssisi, ölkə millisinin sabiq futbolçusu Aleksandr Mostovoy UEFA Çempionlar Liqasında “Qarabağ”ın Ayntraxt” üzərindəki qələbəsini şərh edərkən deyib.

“Amma sonda onların hesabı bərabərləşdirdiyini, ardınca isə daha bir qol vurduğunu görəndə həm təəccübləndim, həm də sevindim! “Qarabağ”da çoxlu legioner çıxış edir, hər şey heyətdən asılıdır. Komanda Çempionlar Liqasına düşməsindən, burada oynamasından, qələbələr qazanmasından və növbəti mərhələlərə yüksəlməsindən zövq almalıdır. Əla haldır!” – deyə Mostovoy bildirib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ” doğma meydanda Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv