Azərbaycandakı Dini Konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik ediblər

Azərbaycandakı Dini Konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik ediblər






presstv

"Presstv"az #Ailə, #Audi, #Avropa, #Azərbaycan, #Bakı, #Ermənistan, #Heydər Əliyev, #İlham Əliyev, #Roma Papası, #Təbrik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycandakı Dini Konfessiyaların Məşvərət Şurası tərəfindən Prezident İlham Əliyevə Beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsi münasibətilə təbrik məktubu ünvanlanıb.

presstvaz xəbər verir ki, təbrik məktubunda deyilir:

“Möhtərəm cənab Prezident!

Uca Yaradana çox şükürlər olsun ki, Zati-alilərinizi davamlı uğur və nailiyyətləriniz münasibətilə təbrik etmək səadətini bizlərə nəsib edir. Cənabınızı Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyiniz səylərə görə Beynəlxalq “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uca bəşəri dəyərlər naminə fəaliyyətlərinizdə yeni zirvələr arzulayırıq.

Zati-alilərinizin rəhbərliyi ilə qazanılmış Böyük Qarabağ Zəfərinin ardınca Azərbaycan xalqına qlobal siyasi-diplomatik müstəvidə tarixi əhəmiyyətli qələbələr və nüfuzlu beynəlxalq mükafatların qürurunu bəxş etməkdəsiniz. Sizin dünya miqyasında insan qardaşlığına xidmət edən ideya və təşəbbüsləriniz Azərbaycan dövlətinə beynəlxalq müstəvidə yenilməzlik, etimad və ehtiram qazandırır. Məhz Zati-alilərinizin xeyir-duası ilə Şeyxülislamın timsalında Azərbaycanın təmsil olunduğu Müsəlman Ağsaqqalları Şurasının sədri, Əl-Əzhər Şərifin şeyxi, böyük imam Əhməd Əl-Tayyib və mərhum Roma Papası Fransisk tərəfindən imzalanmış sənəd əsasında təsis olunmuş mötəbər mükafatla təltif olunmağınız Zati-alilərinizin Uca Yaradana xoş gedən səy və əməllərinin bəşər ailəsi tərəfindən dəyərləndirilməsinin təzahürüdür.

Fəxarət duyuruq ki, Azərbaycan nümunəvi dinlərarası əməkdaşlıq, multikulturalizm və məzhəblərarası anlaşma modeli dünya miqyasında təqdir olunur və bu, Zati-alilərinizin müasir, müdrik dövlətçilik siyasətinin bəhrələridir. Sülh, sabitlik, qarşılıqlı anlaşma olmadan tərəqqi, rifah mümkün deyil və Azərbaycanın siyasi lideri olaraq Cənabınızın bu istiqamətdə fəaliyyəti ən xoş sözlərə, ən yüksək mükafatlara layiqdir. Zati-alilərinizin dünyanın sülh gündəmində ön sırada olmağı – Sülh Şurasında təsisçi qismində iştirakı Uca Yaradana xoş gedən ideallar naminə dəyərli fəaliyyətinizin daha bir parlaq əməli nümunəsidir. Zati-alilərinizi belə bir mötəbər qlobal müstəvidə təsisçi qismində görmək bizi qürurlandırır, Azərbaycan xalqının ayrılmaz hissəsi olan dindarlarda rəğbət və fəxarət doğurur. Əminik ki, bu tarixi addımınız qlobal sülh, bəşəriyyəti narahat edən təhdid və təhlükələrin aradan qaldırılması işində böyük rol oynayacaqdır, inşallah. Dualarımız Sizinlədir. Uca Rəbbimiz Sizi və dəyərli ailənizi qorusun!

Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu Azərbaycan dövlətinin milli-mənəvi və ümumbəşəri-multikulural dəyərlərə əsaslanan dövlət siyasətini beynəlxalq müstəvidə möhkəmləndirməyə nail olmuş dünyamiqyaslı qətiyyətli lider, müdrik dövlət xadimi olaraq Zati-alilərinizin rəhbərlik etdiyi ölkənin dini konfessiyalarının rəhbərləri olaraq sonsuz şərəf duyuruq. Ölkəmizin hüdudlarından kənarda, ən mötəbər beynəlxalq tədbirlərdə hər dəfə bu hissi yaşayan şəxslər olaraq Sizin fəaliyyətlərinizə Ulu Yaradandan xeyir-dualar diləyirik.

Zati-aliləri! Siz Azərbaycanın adını, Azərbaycan xalqının şöhrətini yüksəklərə qaldıran Müqtədir siyasi xadimsiniz. Müdrik dövlətçilik təfəkkürü ilə Azərbaycana həyatın bütün sahələrində qazandırdığınız uğur və nailiyyətlərə görə Azərbaycan dindarları adından Cənabınıza bir daha dərin minnətdarlığımızı ifadə edir, ən xoş arzularımızı, xeyir-dualarımızı yetiririk. Milli-mənəvi və ümumbəşəri dəyərlərə ehtiramı ilə seçilən, qlobal müstəvidə Sülh Şurasının fəal iştirakçısı və təsisçisi olan öndərin, ali mükafata layiq görülmüş müzəffər liderin səy və əməllərinə Ulu Rəbbimizdən rəvac diləyirik. Uca Yaradan Azərbaycan dövlətini hifz etsin, Zati-alilərinizi hər zaman zirvələrdə qərar versin! Amin!

Dərin hörmət və ehtiramla,

Şeyxülislam Allahşükür Paşazadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri

Aleksiy

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan yepiskopu

Vladimir Fekete

Roma Katolik Kilsəsinin Azərbaycandakı Apostol prefekturasının ordinarisi

Milix Yevdayev

Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri

Aleksandr Şarovski

Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri

Robert Mobili

Alban-udi Xristian Dini İcmasının sədri

Zamir İsayev

Sefarad yəhudiləri Bakı dini icmasının rəhbəri”.

Azərbaycandakı Dini Konfessiyaların rəhbərləri İlham Əliyevi təbrik ediblər


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv