Avropa Parlamenti SEPAH-ı terror təşkilatı elan etdi

Avropa Parlamenti SEPAH-ı terror təşkilatı elan etdi






presstv

"Presstv"az #Avropa, #İran, #Jurnalistlər

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 22-də Avropa Parlamenti 562 lehinə, 9 əleyhinə və 57 bitərəf səslə İranda minlərlə etirazçının qətliamını pisləyib və İslam İnqilabı Keşikçiləri Korpusunun Avropa Birliyinin terrorçu siyahısına daxil edilməsini təsdiq edib.

presstvaz xəbər verir ki, bu barədə AP-nin yaydığı bəyanatda bildirilib.

"İranda minlərlə etirazçının qətliamı rejimin müxalifətçilərə qarşı repressiyaları və sistematik soyqırımının dəhşətli bir epizodudur", – Avropa Parlamentinin bəyanatında deyilib.

Avropa Parlamentinin üzvləri hazırda həbsdə olan bütün etirazçıların, insan haqları müdafiəçilərinin və jurnalistlərin dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırıblar.

Parlament Avropa Birliyi Şurasını İslam İnqilabı Keşikçiləri Korpusunu, o cümlədən ona bağlı "Bəsic" və “Qüds” qüvvələrini dərhal terror təşkilatı kimi tanımağa çağırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv