Ertuğrul Sağlam: “Qarabağ”ın “Ayntraxt”la oyunu əfsanə idi”

Ertuğrul Sağlam: “Qarabağ”ın “Ayntraxt”la oyunu əfsanə idi”






presstv

"Presstv"az #"Qarabağ", #Almaniya, #Audi, #Avropa, #Azərbaycan, #Futbol, #İngiltərə, #Türkiyə, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Qurban Qurbanov mənim qardaşımdır. Onunla tanışlığım var”.

presstvaz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlaması zamanı türkiyəli tanınmış mütəxəssis Ertuğrul Sağlam deyib.

O, Ağdam təmsilçisinin UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub etdiyi oyunu izlədiyini bildirib.

“Bir türk olaraq nəticədən qürur duydum. “Qarabağ” illərdir Avropada Azərbaycan bayrağını layiqli şəkildə dalğalandırır. Mən dünənki oyunu əfsanə adlandırıram. Futbolçuların istəyi və əzmkarlığı möhtəşəm idi. Bu cür komanda formalaşdırmaq və böyük rəqiblərə qarşı uğurlu şəkildə mübarizə aparmaq inanılmazdır”, – deyə Ertuğrul Sağlam vurğulayıb.

56 yaşlı çalışdırıcı Azərbaycan çempionunun “Liverpul”la oyunda da müsbət nəticə qazanacağına inandığını söyləyib:

“Komanda bu oyun üslubunu İngiltərədə də davam etdirsə, Mersisayd təmsilçisi üçün çətin olacaq. Bəli, rəqib güclüdür, amma “Qarabağ” da Avropada səs salıb”.

Mütəxəssis “Qarabağ”ın heyətində hansısa oyunçunu xüsusi olaraq fərqləndirmək istəmədiyini deyib: “Bütün futbolçular əla performans sərgilədilər. Kimisə fərqləndirsəm, digərlərinin haqqına girmiş olaram. İnanıram ki, tarixi qələbələrin davamı gələcək”.

Qeyd edək ki, Ertuğrul Sağlam 2009-2010-cu il mövsümündə “Bursaspor”la Türkiyə çempionu kimi tarixə düşüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv