Merts: “Böyük güc siyasəti dövrünə qədəm qoymuşuq”

Merts: “Böyük güc siyasəti dövrünə qədəm qoymuşuq”






presstv

"Presstv"az #ABŞ, #Almaniya, #Audi, #Avropa, #Çin, #Münaqişə, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniya Kansleri Fridrix Merts dünyanın böyük güc siyasəti dövrünə qədəm qoyduğunu bəyan edib və avropalıları dəyişmiş şərtlərə uyğunlaşmağa çağırıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya lideri Davos forumunda çıxışı zamanı bildirib.

“Şahid olduğumuz həftələr və aylar ərzində artıq yeni bir dövr başlayıb”, – deyə Merts vurğulayıb.

O, Ukraynadakı münaqişədən, eləcə də Çinin böyük dövlətlər sırasına daxil olmasından da söz açıb:

“ABŞ-nin dünyanın aparıcı gücü kimi mövqeyi şübhə altına alınır. Vaşinqton buna xarici və təhlükəsizlik siyasətində köklü dəyişikliklə cavab verir. Biz böyük güc siyasəti dövrünə qədəm qoymuşuq. Bu yeni reallığı taleyin hökmü kimi qəbul etməyə məcbur deyilik. Uğur qazanmaq üçün sərt reallıqlarla barışmalı və kursumuzu mövcud vəziyyətə uyğun müəyyənləşdirməliyik”.

Bu kontekstdə o, Avropanı yeni reallıqlara uyğunlaşmağa çağırıb:

“Birincisi, müdafiə qabiliyyətimizə böyük sərmayə qoymalıyıq. Biz bunu edirik. İkincisi, iqtisadiyyatlarımızın rəqabət qabiliyyətini sürətlə artırmalıyıq. Almaniya olaraq, bunu da edirik. Üçüncüsü, həm avropalılar, həm də eyni düşüncəli tərəfdaşlar arasında birləşməliyik”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv